Xəbər lenti

 

Ötən gün Rusiya paytaxtı Moskvanın mərkəzində keçirilən icazəsiz etiraz aksiyası zamanı 1000-dən çox adam polis tərəfindən saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

"Paytaxtın mərkəzində keçirilən icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb", - deyə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib.

Polisdən əlavə ediblər ki, araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 563          Tarix: 28-07-2019, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma