Xəbər lenti

 

Avropa İttifaqı, 27 iyul Rusiyanın paytaxtı Moskvanın mərkəzində keçirilən razılaşdırılmamış aksiya zamanı etirazçılarının saxlanılmasını "söz və yığıncaq azadlığının pozuntusu" kimi dəyələndirdi.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiçin bəyanatında deyilir.

"Biz gözləyirik ki, Rusiya Federasiyasının hakimiyyəti qarşıdakı yerli seçkilərin (2019-cu ilin sentyabrında) keçirilməsi vaxtı ATƏT və başqa beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə hörmətlə yanaşacaq", - bəyanatda deyilir.

Daha əvvəl RF Daxili İşlər Nazirliyində bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1000-dən çox insan saxladılar.

Həmçinin bildirildi ki, razılaşdırılmamış aksiyada 3,5 min insan iştirak edib, həmçinin təxminən 700 nəfər KİV-nin əməkdaşı və blogerlər.




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 28-07-2019, 17:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma