Xəbər lenti

 

Rusiya hökumətinin başçısı Dmitri Medvedev Sibirdə meşələrin qəsdən yandırılması versiyasının yoxlanılması ilə bağlı Baş Prokurorluğa və İstintaq Komitəsinə tapşırıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə D.Medvedev avqustun 1-də Çitada keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, meşələrin qanunsuz kəsilməsini gizlətmək üçün qəsdən yanğın törədə bilərlər: Tapşırığa əsasən, yoxlama cari il noyabrın 1-dək başa çatdırılmalıdır.

Qeyd edək ki, avqustun 1-də gecə saatlarında ABŞ prezidenti Donald Tramp Sibirdəki yanğının söndürülməsinə yardım etmək məqsədi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Xatırladaq ki, Sibirdə 3 mln. ha-dan artıq meşə sahəsi yanır. 




Ana səhifəyə qayıt        Baxış: 352          Tarix: 1-08-2019, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma