Xəbər lenti
 
Niyaməddin Orduxanlı: "Babək Azərbaycanın azadlıq simvoludur və Şah İsmayıl Babamız dövlətimizi quran böyük kişi olub. Fazil bəyin onlarla bağlı fikirləri heç zaman razılaşmamışam və bu gün də razılaşmıram. Bu, birmənalı belədir!” 
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı mətbuatda onun adından yayılan Şah İsmayıl Xətai ilə bağlı informasiyanın həqiqətə uyğun olmadığını bildirib. "Aktual.az” açıqlamasında Orduxanlı bunları qeyd edib:
"Şah İsmayıl Babamız və Babək haqqında mənim adımdan mətbuatda yayılan məlumtlara aydınlıq gətirmək istəyirəm. Yanlışlığa yol verilib. Məni yaxından tanıyan hər kəs çox yaxşı bilir ki, Azərbaycanın hər iki tarixi şəxsiyyətlərinə böyük hörmətim və sayğım var. Bir nəfər belə fakt göstərə bilməz ki, bu günə qədər Azərbaycanın azadlıq simvolu olan Babək və ya Azərbaycan dövlətinin qurucularından olan Şah Babamız haqqında hansısa bir mənfi fikir bildirim. Bu mümkün deyil! Əksinə, hər zaman hər iki tarixi şəxsiyyətlər haqqında onlarla açıqlama vermişəm. Mən 20 ildir Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində olan şəxsəm. Hər zaman Azərbaycan bütövlüyün düşünmüşəm və bütün fəaliyyətimi bu istiqamətdə aparmışam. Həmçinin də bizim partiya –BAXCP hər iki tarixi şəxsiyyətlər haqqında birmənalı mövqeyini bildirib, yüksək qiymətləndirib. Mərhum eks-prezident Əbülfəz Elçibəyin təsis etdiyi "Şah İsmayıl” mükafatını partiyamız yüksək qiymətləndirib. Mən bu məsələ ilə bağlı BQP sədri, millət vəkili Fazil Mustafanın mövqeyi ilə razılaşmadığımı dəflərlə yazmışam, bildirmişəm. Bu mənim rasional şəkildə qəbul etdiyim qərardı. Partiyamızın Fazil bəylə bu mövzuda fikir ayrılıqlarımız dəfələrlə olub. Onun Babək və Şah İsmayılla bağlı fikirlərini bu gün də bölüşmürəm və bölüşmürük. Həmçinin Fazil Qəzənfəroğlu ilə bağlı razılaşmadığım kifayət qədər məqamlar var və bu  mətbuatda da görünüb, yayılıb. Bu gün sadəcə, mən deputatın Şamil Tağıyev tərəfindən bu dərəcədə təhqir olunmasının əleyhinə olduğumu yazmışam. Buna etiraz etmişəm. Diaspora rəhbərliyində təmsil olunan şəxsin bu dildə danışmasının əleyhinə olduğumu bildirmişəm. Fikirə görə deputatı, partiya sədrini, ziyalını təhqir edərlər? Etirazım bu olub. Bütün bunları dünən mətbuata verdiyim açıqlamamda qeyd etmişəm. Özümün facebook profilimdə də yazdığım status bununla bağlı olub. Hər kəs də bunu, statusumda görüb. Hər gün sosial şəbəklərdə İranı müdafiə edən səhifələrdə Azərbaycan rəsmilərini, millət vəkillərini, partiya sədrlərini, mətbuat rəhbərlərini, siyasətçiləri , QHT rəhbərlərini, hüquq müdafiəçilərini və o cümlədən mənimlə bağlı təhqir dolu informasiyalar, kollajlar yayırlar. Bütün bunları hər kəs görür. Onlar Azərbayan dövlət maraqlarını müdafiə edən şəxslərin hər biri haqqında ən murdar yazılar yayırlar. Nə zaman mənim İran mollalarının əlindən öpən Taleh və Milli Şura,  haqqında açıqlamarım olur, dərhal həmin saytalarda, səhifələrdə hucuma keçirlər. Bütün bunlar da hər kəsin gözü qarşısında baş verir. "Nurazcom” və "Baba Pünhan” səhifəsində baş verənləri qeyd etmişəm. Bir daha qeyd etmək istəyirəm ki, təqhirə əl atanlar aciz və qorxaq adamlardı...



Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 2-08-2019, 02:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma