Xəbər lenti

 

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib. 

"Report"un məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, final görüşü sabah keçiriləcək. 




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 9-08-2019, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma