Xəbər lenti

 

Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də namaz qılmaq qadağan olunub.

Bu barədə “Report”un Rusiya bürosuna bazada çalışan həmyerlilərimiz məlumat veriblər.

“Bazada bizə namaz qılmağa qadağa qoyublar. Əvvəllər bazanın içərisində yerləşən “Bakı” restoranında namaz qılırdıq. Sonra gəlib restoranı bağladılar və videokameralar yerləşdirdilər ki, namaz qılmaq olmaz. Cərimələrə gəlincə, əgər, təhlükəsizlik xidməti namaz qılan adamı birinci dəfə tutarsa 5000 rubl, ikinci dəfə tutarsa 10.000 rubl məbləğində çərimə edir. Namaz qılan şəxs üçüncü dəfə ibadət vaxtı tutularsa onda həmin şəxsin şəkli təhlükəsizlik işçiləri arasında paylanılır və onun bazaya buraxılması qadağan edilir”- , adının açıqlanmasını istəməyən soydaşımız deyib.

Digər soydaşımız isə ibadəti gizli şəkildə etdiklərini bildirib: “Biz bazanı tərk edə bilmirik. Çünki, bütün günümüz bazarda iş başında keçir. İbadətimizə imkan vermirlər. Yalnız gizli şəkildə namaz qılırıq ki, heç kim görməsin və bizi çərimələməsin”

Mövzu ilə bağlı “Fuf-siti” meyvə tərəvəz bazasının mövqeyini öyrənməyə çalışsaq da bu gün istirahət günü olduğundan suallarımız cavabsız qaldı və birinci gün əlaqə saxlamağımızı tövsiyə etdilər.

İqbal Rüstəmov




Ana səhifəyə qayıt        Baxış: 424          Tarix: 12-08-2019, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma