Xəbər lenti

 

Qoyun insana dedi:
-Hər il mənim övladlarımın payı olan südümü içdin, bağışladım. Vaxtaşırı övladlarımı kəsib yedin, "sahibimsən, qurbanın olsun" deyib keçdim. Nəslimin qətliamına bayram etdin, "insandır, ağlı o qədər kəsir" deyə susdum. Amma sənə bir tərbiyəsizliyini əsla bağışlamayacağam. O dünyada iki əlim bir yaxanda olacaq.
Qoyunun bu cəsarətinə heyrətlənən insan qəzəblə soruşdu:
-A, qoyun balası qoyun, mənim hansı tərbiyəsizliyimdən bəhs edirsən? 
-Hər dəfə Qurban bayramı gələndə kəsməyə əsasən oğullarımı apardın. Amma son anlarını yaşayan oğullarıma gəlin paltarı geyindirdin. Bax, mənə ən çox təsir edən də budur - südəmər oğullarımı ərə gedən qız yerinə qoyub təhqir etməyin. Sənə hər şeyi bağışlayaram, amma bu sayğısızlığını əsla.

Heydər Oğuz

 




Ana səhifəyə qayıt        Baxış: 556          Tarix: 12-08-2019, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma