Xəbər lenti
17-08-2019, 16:20

 

  Son zamanlar kəşf etdiyim istedadlı bir qələm sahibi var – Məhəmmədəli Abbaszadə. Orta məktəbi yenicə bitirib ali məktəbə daxil olan Məhəmmədəli Ovqat.com-da qələmini sınamaq istədiyini deyəndə təklifini geri çevirmədim. Sağ olsun, o da elə ilk yazılarından mənim etimadımı doğrultdu.

Hələ yalnız ədəbiyyatçılarımıza “ilişən” Məhəmmədəlinin gələcəkdə böyük araşdırma yazarı olacağına inanıram. Onun qələmə aldığı bu yazısını oxuyanda Sizin də mənimlə razılaşacağınıza əminəm.

Sıralarımıza xoş gəldin, Məhəmmədəli. Səninlə çox pərdələri aralayacağıq.

Ovqat.com-un redaktoru

 

  

Bu gün sosial şəbəkədən sevgi şeirləri vasitəsilə bir-biri ilə yarışan şairlər çoxdur. Əgər biz ciddi təbliğatla məşğul ola biliriksə, bəs təbliğat etmədiyimiz mövzülardan niyə utanmırıq?

Müasir ədəbiyyatımız ciddi problemlərə də müraciət etməlidir. Yazıların əksəriyyəti və şairlərin yaradıcıllığı yalnızca bir qadının gedişindən sonra yaranan hisslərin tərcüməçisi olmamalıdır.

Cəmiyyətimizdəki gəncləri məhv edən problemlərdən biri də narkomaniyadır. Görürük ki, bu mövzuya qarşı maariflənmə aparılır. Lakin çox nadir yazılara rast gəlinir ki, narkomaniyaya qarşı düzgün yanaşma ilə anti-təbliğat ilə məşğul olsun. Çoxunun başını populyarlıq gətirən mövzülar qatır. Əgər bu zəhər çox anaların gözyaşı tökməsinə, saçının vaxtından öncə ağarmasına səbəb olursa, ədəbiyyat adamı buna qarşı mübarizə aparmalıdır.

Deyirlər ki, bu mövzu estetiklik cəhətdən şeirə gəlmir və gözəl alınmır. Mənə çox maraqlı gəlir ki, əgər bir yazıçı, şair əlində olan  imkanlardan istifadə edərək, cüzi də olsa maariflənmə ilə məşğul olarsa, ən azından gələcəkdə bir çox ananın göz yaşının axmasına maneə ola bilərsə, yazar üçün bundan daha gözəl mənəvi rahatlıq vardırmı?

Bir çox filmlərlə tanış oluruq ki, narkomaniya ilə mübarizəyə aparmağa çalışır. Əlbəttə ki, mən bu addımları alqışlayır, təşəbbüslərə qoşulan, onu dəstəkləyən hər kəsi təbrik edirəm. Lakin problem ondadır ki, bu təbliğat zamanı qarşımıza narkomaniyanın nəticələri ilə mübarizə aparan və sonda narkoloji dispanserdə müalicə alıb sağalan narkomanlar çıxarılır.

Amma heç kim soruşmur ki, bu narkomaniyaya səbəb olan nədir? Axı bir gənci aylarla dispanserə məhkum edən psixologiyasını, nəsil törətmə qabiliyyətini əlindən alan bu zəhərlə kim tanış edir?

 Əlbəttə, deyiləcək ki, indi heç bir narkotik istifadəçisini şeir yazı vasitəsilə çəkindirmək olmaz. Bəlkə aramızda “bu böyük oyundur, biz ona qarşı mübarizədə apara bilmərik” deyənlər də tapılacaq. Bu cür düşünənlərin məntiqinə əsasən, narkomaniyanın yayılması hansısa adamların yox, dövlətlərin və mafiya şəbəkələrinin maraq dairəsində olduğundan ona qarşı mübarizədə qələmin gücü məhduddur.

Bir başqası isə çıxıb deyəcək ki, narkotik istifadəçisi sənin şeirinə yazını necə əldə etsin? Əzizlərim, qələmə alacağınız əsər sadəcə indiki narkotik istifadəçiləri ilə bağlı deyil. Bu səyləriniz sabah düzgün məlumatı olmayan gənclərin narkomaniya istifadəçisinə çevrilməməsinin qarşısını ala bilər. Biz isə mövzudan  kənara çəkilirik ki estetikamızı itirməyək.

Bir tanınmış reper var. Aydın Hüseynov aylar öncə narkomaniyanın təbliği ilə bağlı bir musiqi parçasını sosial şəbəkələrə təqdim etdi. Sonra bildirdi ki məhz reperin öz abstrak düşüncəsi ilə bu musiqi parçasında sevgidən bəhs edirmiş.

Sözsüz ki, Konstitusiyanın 51 ci maddəsinin 1-ci bəndinə görə, musiqidə azadlıq var. Sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirir ki, üzərinə baxış zamanı ondan narkotik vasitə götürülüb. Özü də etiraf etdi ki, mən özüm də narkotik istifadəçisiyəm. Bəli, biz fil qulağında yatdıqca, narkomanlar öz ədəbiyyatını yaradaraq, əxlaqlarını yayacaqlar və sabah bizim övladlarımız bu şirnikləşdirici reklamların təsiri altında qalıb narkomana çevriləcəklər. Budurmu sizin estetika anlayışınız?

Unutmayaq ki, məhz bizim yazmadığımız yazılar belə şəxslərin meydana çıxmasına şərait yaradır. Nəticədə altı yüz min şəxs bu “musiqi”ni dinləyir və zehninin altına yerləşdirir. Mən də bu səbəbdən bütün qələm sahiblərini narkomaniyaya qarşı anti-təbliğat ilə məşğul olmağa çağırıram.

Məhəmmədəli Abbaszadə

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 135          Tarix: 14-08-2019, 02:56      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent