Xəbər lenti

 

Rusiya Dnestryanı konfliktinin həllinin və Dnestryanının neytral, suveren Moldovanın tərkibinə qaytarılması tərəfdarı olaraq qalmaqda davam edir. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Rusiya Dnestryanını tanımayıb. Rusiya konfliktin müvafiq prinsiplər əsasında həllinə çağırılan proses iştirakçısıdır. Bir nömrəli prinsip odur ki, Dnestryanıya Moldovanın tərkibində xüsusi status veriləcək, Moldova suverenliyini saxlayacaq, yəni heç bir dövlət tərəfindən “udulmayacaq”, neytral statusda qalacaq, heç bir hərbi-siyasi blokun üzvü olmayacaq. Bu prinsiplər 2000-ci illərin əvvəllərində razılaşdırılıb. Bu sənəd Tiraspol və Kişinyov tərəfindən paraflanmışdı, amma tərəflərin sənədi imzalanmasına bir neçə saat qalmış Avropa Birliyindəki həmkarlarımız Moldovanın o zamankı prezidenti Voroninə bunu imzalamağı qadağan etmişdilər. Səbəb çox sadə idi. Çünki bunun imzalanması Rusiyanın diplomatik uğuru olacaqdı”, - deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 17-08-2019, 19:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma