Xəbər lenti

 

Binəqədi polisi rayon ərazisində ofisdən, mağazalardan, avtoservisdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən .Bu il iyunun 30-da rayon ərazisindəki bir ofisdən və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha iki mağazadan ümumilikdə 4888 manat pul oğurlaması da müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları isə avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlayan Bakı şəhər sakini P.Rəhimovu yaxalayıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 17-08-2019, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma