Xəbər lenti

 Vergi dərəcələrini 5% də artırdı
"250 milyard dollarlıq məhsula 30% vergi tətbiq olunmağa başlayacaq. Bundan əlavə 300 milyard dollar dəyərində Çin məhsullarına tətbiq olunan 10%-lik vergi 1 sentyabrdan etibarilə 15%-ə yüksələcək”.
Ovqat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz Twitter paylaşımında bildirib.
Tramp Twitter-açıqlamasında onu da vurğulayıb ki, ABŞ hər il Çin üzündən yüz milyardlarla dollarını itirir və bunun sonu görünmür. O, bu itkilərdə ABŞ-ın əvvəlki hökumətlərini günahlandırıb.
Özünün isə belə bir ticarət əlaqəsinə icazə verməyəcəyini vurğulayan Tramp fikirlərinə nöqtəni bu sözlərlə qoyub:
"Ədalətli ticarəti təmin etmək üçün bu çox ədalətsiz ticarət əlaqələrini balanslaşdırmalıyıq. Çin 75 milyard dollar dəyərində ABŞ məhsullarına yeni gömrük rüsumları tətbiq etməməliydi”.
Çinin bu kimi qərarlarının iqtisadi deyil, siyasi məqsədlər daşıdığına inanan ABŞ prezidenti rəqibinə adekvat cavab vermək əzmindədir.




Ana səhifəyə qayıt        Baxış: 74          Tarix: 24-08-2019, 13:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent