Xəbər lenti

 

Antalyanın Korkuteli bölgəsində az qala bütün evlərin evlərin zirzəmisində göbələk yetişdirilir. Türkiyənin göbələk istehsalının 55 faizini ödəyən Korkutelidən bir sıra ölkələrə, o cümlədən Azərbaycana məhsul ixrac edilir.

Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Antalya Müdirliyinin rəhbəri Mustafa Özən bildirib.

Onun sözlərinə görə, xüsusilə ərəb ölkələrində göbələyə böyük tələbat var. Korkuteli rayonundan Qətər, Dubay, Livan, İraq, Suriya və digər ölkələrə konserv, Şimali Kipr, Gürcüstan və Azərbaycana isə təbii göbələk ixrac olunur.


"Göbələk istehsalı ailələr tərəfindən qurulan kiçik, eləcə də, böyük şirkətlərdə həyata keçirilir. Az qala hər evin altında göbələk yetişdirilir. "Gəlin, Qardaş olaq" layihəsi çərçivəsində Hakkarinin Çukurca mahalında göbələk istehsal şirkətlərini quraraq İraq, İran və Suriyanın ehtiyaclarını qarşılamaq məqsədi güdürük. Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi layihəsi çərçivəsində Korkutelidə bir firmanın dəstəyi ilə 25 otaqlı göbələk istehsalı müəssisəsi qurulub. Burada istehsal olunan məhsullar İraq və Suriyaya da ixrac olunur. Antalyanda meyvə və tərəvəz istehsalında söz sahibi olan Korkuteli göbələk istehsalında da mərkəzə çevrilir. Buradan il ərzində 25 min tona yaxın məhsul götürülür. Rayonun yarısı işlə təmin olunur", - deyə Özən bildirib. \\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 27-08-2019, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma