Xəbər lenti

 

Azərbaycan diasporunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirdiyi tədbirdə təxribata cəhd edilib.

Sankt-Peterburqda iş adamı Vaqif Məmişovun rəhbəri olduğu Azərbaycan diasporunun təşkil etdiyi mərasimə qatılan milliyyətcə talış olan separatçılar müxtəlif şüarlar səsləndiriblər.

İnsidenti əks etdirən videomaterialdan da göründüyü kimi, mərasimə yol tapan təxribatçılar Azərbaycan əleyhinə separatçı mövqeyi ilə tanınan bloqer Elvin İsayevin adı əks olunmuş böyük plakat qaldırıblar.

Çox təəccüblüdür ki, rəsmi şəxslər də daxil olmaqla, mühüm qonaqların qatıldığı mərasimin təşkilatçıları və mühafizə xidməti separatçıların qaldırdıqları plakatı bir neçə dəqiqə fərq edə bilməyiblər, onlara rahat şəkildə təbliğat aparmağa imkan verilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşlığından imtina etmiş Elvin İsyaev son illərdə Sankt-Peterburqda yaşayaraq, ölkəmiz əleyhinə çirkin kampaniyalarda fəal iştirak edirdi. O, dəfələrlə Azərbaycan prezidenti, 1-ci vitse-prezident və digər yüksək dövlət məmurlarının ünvanına təhqiredici ifadələr işlədib.

Elvin İsyaev bir neçə gün əvvəl Sankt-Peterburq polisi tərəfindən həbs olunub və Rusiya vətəndaşlığından çıxarılıb. Onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya olunacağı gözlənilir. \\Yenicag.az




Ana səhifəyə qayıt        Baxış: 380          Tarix: 31-08-2019, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma