Xəbər lenti

 

Yəmənin Zamar şəhərində husilər tərəfindən girov götürülən əsirlərin saxlanıldığı həbsxaya hücum olub.

Ovqat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən edilən hava hücumunda çox sayla insan həyatını itirib.

Husilərin bildirdiyinə görə, hücumda ən azı 50 nəfər həyatını itirib, 100-dən çox şəxs yaralanıb. Ölkədəki “Qırmızı Xac” rəsmiləri isə ölənlərin 100-dən çox olduğunu bildiriblər.

Husilərə bağlı Milli Məhkum İşlər Komitəsinin direktoru Əbdülqədir əl-Mürtəda paylaşdığı Facebook statusunda koalisiya təyyarələrinin şiddətli hücumlarının davam etməsi səbəbindən xilasetmə qruplarının bölgəyə çata bilmədiklərini açıqlayıb.

Hücumlarda yaralananların bir çoxunun husilərə aid nəqliyyat vasitələri və təcili yardım maşınları ilə xəstəxanalara aparıldıqları, həbsxanada saxlanılanların bəzilərinin isə hələ də binanın altında qaldıqları bildirilir.

Husilər hadisədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) günahlandırıb, beynəlxalq və yerli təşkilatları prosesləri yaxından izləməyə çağırıblar.

Cümə axşamı günü Yəmən Müdafiə Nazirliyi müvəqqəti paytaxt elan olunam Ədən və Əbyən bölgəsində hökumət qüvvələrini hədəf alan hava hücumlarında ölən və yaralananların sayının 300-dən çox olduğunu açıqlamışdı.

 

BƏƏ də hücumu təsdiqləyib və Ədən hava limanında ərəb koalisiya qüvvələrinə qarşı terror hücumuna cavab verdiklərini bildirib.

 

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə 2014-cü ildən bəri hakimiyyəti devirən Husilər 5 ilə yaxındır ki, paytaxt Sana və bəzi bölgələrə nəzarət edir. Ölkənin bir çox şəhərində ordu ilə husilər arasında qarşıdurmalar yaşanır və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından bəri Yəmən hökumətinə dəstək verir.

Husilər isə İran tərəfindən dəstəklənirlər.




Ana səhifəyə qayıt        Baxış: 542          Tarix: 1-09-2019, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma