Xəbər lenti

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-avqust aylarında 3 893,9 mln. ABŞ dolları məbləğində valyuta satıb.

"APA-Economics"in apardığı hesablamalara görə, bu göstərici ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 350,7 mln. dollar və ya 8,3% azdır.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin iyul ayı ilə müqayisədə Fond tərəfindən avqustda satılan dolların həcmi 87,5% artıb. Ötən ilin avqust ayı ilə müqayisədə isə bu göstərici 11,1% artıb.




Ana səhifəyə qayıt        Baxış: 420          Tarix: 3-09-2019, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma