Xəbər lenti

 

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakı məktəblərinə dəyişdirilməsi üçün qeydiyyat problemi yaranıb.

Belə ki, məktəblərə qəbul və yerdəyişmə üçün yaradılan online sistem Muxtar Respublikadan olan şagirdləri qeydiyyatını apara bilmirdi.

Qeyd edək ki, Gununsesi.org-un naxçıvanlı valideynlərə istinadən qaldırdığı bu problemə ilk reaksiya Muxtar Respublikanın deputatı Qüdrət Həsənquliyevdən gəlmişdi.

Millət vəkili saytımızda gedən xəbərlə bağlı dərhal təhsil naziri Ceyhun Bayramovla əlaqə saxlayıb, məsələnin həllini xahiş etmişdi.

Gununsesi.org- açıqlamasında Qüdrət Həsənquliyev artıq problemin həll edildiyini deyib:

“Mənə bildirdilər ki, məsələ həll olundu. Nazirlikdə xüsusi mərkəz yaradılıb. Naxçıvanın təhsil nazirliyi ilə birlikdə problemin həllinə nail olunub. Mən təhsil naziri Ceyhun Bayramova təşəkkür edirəm ki, müraciətimə operativ yanaşıldı və problem həllini tapdı. Gununsesi.org xəbər saytı da məsələyə diqqətimizi çəkdiyinə görə təşəkkür edirəm”.

Gunay Təhməzova

Gununsesi.org




Ana səhifəyə qayıt        Baxış: 209          Tarix: 5-09-2019, 13:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent