Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və istefaya göndərilmiş şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.

Ovqat.com xəbər verir ki, “Sfera.az” səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb.

Sabiq nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək, onları xaricdə oturanları maliyyələşdirməkdə də ittiham edib.




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 7-09-2019, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma