Xəbər lenti

 

Bu gün tanınmış şair Rüstəm Behrudinin doğum günüdür. R.Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində doğulub. 
R.Behrudi doğum günüylə bağlı öz xoş təəssüratlarını Moderator.az-a danışıb:
“Diqqətiniz üçün çox sağ olun. Hazırda Naxçıvandayam və bir neçə gün sonra qayıdacam. Doğum günümdə anamı və yaxınlarımı görməyə gəlmişəm. Əslində bu günümü anamla keçirmək daha gözəldir”. 
R.Behrudi əslində ömrün onun üçün yarımçıq şeir və bir neçə xatirədən ibarət olduğunu bildirib:
“Mənim düşüncəm elə olub ki, həmişə uzaqlarda nəsə axtarmışam. Ancaq uzun illərdən sonra insan dərk edir ki, əslində getmək istədiyin, can atdığın yer sonunda ilk durduğun yerdir. İnsan hara can atırsa atsın, yenə yolun sonunda özünü görür. Ömür mənə görə bitməmiş bir şeirdir, onu da bilmirəm bitirəcəm yoxsa yox, kədərli xatirədir və bir də sevincdən süzülən kədərdir. Ömür bunlardan başqa heç nədir”. 



Ana səhifəyə qayıt        Baxış: 464          Tarix: 12-09-2019, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma