Xəbər lenti

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran işlətməsi haqda açıqlaması cəmiyyətdə böyük marağa səbəb olub.
 
O, açıqlamasında Şamaxıda "Məlhəm” adlı restoranı işlətdiyini bildirərək, həıyat yoldaşı ilə özünün işin  başında durduğunu bəyan edib: "Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.
Vidadi Zeynalov bu addımı atmasına səbəb kimi, imkanın aşağı olmasını göstərib: "Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
Yeri gəlmişkən, dünən adıçəkilən "Məltəm" restoranından Mia.az-a zəng olunub. Bildirilib ki, bu restoranın Vidadi Zeynalova qətiyyən aidiyyatı yoxdur (Həmin məlumatla bu linkdən http://mia.az/w949797/.../ tanış ola bilərsiniz).
Diqqətçəkən məqam budur ki, "acından ölməli deyiləm ki" deyən Vidadi Zeynalovun Türkiyədə şirkətinin olduğu haqda ciddi sənəd yayılıb. Daha doğrusu, onun oğlu Prəviz Zeynalovla, hazırda "Rabitəbank"da filial müdiri olan kürəkəni Nəriman Muradov İstanbulda şərikli biznes sahibləri imiş...
Bu barədə açıqlama verən jurnalist Cavanşir Həsənli bildirib ki, V.Zeynalovun oğlu Pərviz Zeynalovun və kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə şərikli inşaat şirkəti var.
 
 
Yeznə-qayınların İstanbuldakı şirkətlərinin Nizamnamə kapitalı 100 min olub. Bunun 75 faizi Pərvizə, 25 faizi isə Nərimana məxsusdur.
Mia.az onu da bildirir ki, Vidadi Zeynalov həbsə girən ana qədər onun oğlu İqtisad Universitetində Həmkarlar Təşkilatının sədri olub. Onu həmin vaxtı vəzifəyə hazırda YAP Səbail rayon təşkilatınln sədri olan keçmiş rektor Şəmsəddin Hacıyev təyin etmişdi. Lakin atasına cəza verildikdən qısa müddət sonra yeni rektor Ədalət Muradov həm onunla, həm də Maliyyə kafedrasında ştatda olan Vidadi Zeynalovun özü ilə yolları rəsmən ayırıb... \\Mia.az 




Ana səhifəyə qayıt        Baxış: 61          Tarix: 15-09-2019, 13:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent