Xəbər lenti

 

“25 sentyabr 2019 cu il tarixdə Binəqədi rayon məhkəməsində hakim Fərid Hətəmzadənin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesinə məhkəmə eksperti Ələsgər Ramis oğlu Mirzəyevin tam saxtalaşdırdığı ekspert rəyi ilə getməli olacam.
Bir anlığa məmur rüşvətxorluğu,özbaşnalıqları ucbatından olmazın məşəqqətlər görən,bəzən psixoloji zəiflik göstərib intihara,bəzən ölkəni tərk etmək yoluna, bəzən getdiyi ölkədə oturum almayanda, vətənə dönməsin deyə intihara əl atmaqdan çəkinməyən soydaşlarımızın acı taleyi göz önümə gəldi”.

Bu sözləri Bakı şəhər, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 20/67, mənzil 21-də qeydiyyatda olan Əliyev Cəlal İsmayıl oğlu sosial şəbəkə hesabında paylaşıb. Vətəndaş üzləşdiyi dələduzluq faktı ilə yanaşı məhkəmə ekspertizasının saxtakarlığından şikayətlənib:

“25 sentyabr 2019 cu il tarixdə Binəqədi rayon məhkəməsində hakim Fərid Hətəmzadənin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesinə məhkəmə eksperti Ələsgər Ramis oğlu Mirzəyevin tam saxtalaşdırdığı ekspert rəyi ilə getməli olacam.
Bir anlığa məmur rüşvətxorluğu, özbaşnalıqları ucbatından olmazın məşəqqətlər görən, bəzən psixoloji zəiflik göstərib intihara, bəzən ölkəni tərk etmək yoluna,bəzən getdiyi ölkədə oturum almayanda, vətənə dönməsin deyə intihara əl atmaqdan çəkinməyən soydaşlarımızın acı taleyi göz önümə gəldi.

Vətənə dönməsin deyə…

Vətən məyər nəyin bahasına olursa olsun ora dönməmək yeridirmi?

Vətən ölgə yeri deyilmi? Vətən ürək dolusu orda yaşayıb orda öləcəyin yer olacağı halda, tərk edilmə məskəninə necə çevirmişdir? Axı bu Vətən, bu ölkə hansı səbəblərdən vətəndaşının ordan qaçdığı, bəzən də ora qayıtmasın deyə intihara əl atmağı üstün tutduğu bir yer oldu? Bütün bu dramatik, bəzən də faciəli olaylar həm də rüşvətə aludə etdiyimiz məmur natəmizliklərinin acı nəticəsi deyilmi?

Bəli bura Vətəndir. Bəli, bura həm də nəvə-nəticələrimizə ərməğan qoyub gedəcəyimiz müştərək irsdir. Torpağı, suyu, daşı, havası, vətəndaşı, müstəqil dövləti, dövlətçiliyi ilə ərməğan qoyub gedəcəyimiz böyük bir irsimizdir. O zaman o irsin gələcək durum məsuliyyəti həm indiki toplumumuzun, həm də hər bir fərdin üzərində deyilmi? Axı gələcəyə ötürdüyümüz müqəddəs irsimizdə qalacaq ədalətsizliklər demokl qılıncı kimi hər birimizin nəvə nəticələri üzərində qalmış olacaqdır. Demək ki, bu ədalətsizliklərin durdurulub, gələcəyə ötürülməməsi mücadiləsi də hər birimizin, bütövlüklə toplumumuzun üzərindədir.

İndi nəql edəcəyim məsələ Yaşar Canağa oğlu Məhərrəmov adlı bir dələduzun 2017 ci ilin iyul ayında tikinti materiallarını mənə satmaq adı ilə 8310 manatı əlimdən alıb, sonradan bağ evimdə təmir işlərini yekunlaşdıracaq adlı dələduzluq fəndi ilə “işə” başlayaraq, bu verilən pulla bərabər mənə əlavə ziyanlar da vurma səbəblərindən hüquq mühafizə orqanlarına müraciətim, cinayət işinin açılmaması, Yaşarın da sonradan ölkəni tərk edib qaçması üzündən məhkəməyə müraciətmlə başlamışdır. İşlədilən dələduzluq mexanizmi isə təmir tikinti işlərində görünür klassik bir fənd imiş. Əvvəlcə inam qazanılaraq tikinti materialları, (çöl qapısı, iç qapılar, naveslər və sairə) satmaq adı ilə əlimdən 8300 alınır. Sonra, “təmirçilərin zaydır,tamamlanma işlərini mənim ekipim daha keyfiyyətli görər”, adı ilə obyektə daxil olub bir iki iş görülür. Maksimum 1700 manatlıq görülən bu bir iki iş də, metlaxı sement azlığı ilə vuraraq, 18 manatdan aldığım 200 kvadratlıq metlaxı zay emək, evin çöl qapısını,(pulunun ödənilməsinə ramən) qoymamaqla, metlax qoyma zamanı əvvəlki ekipin tam görüb bitirdiyi malyar işini də bərbad vəziyyətə salmaqdan ibarət olur.

Sonralar eşitdiyimə görə, bu dələduzun ən az ziyana uğratdığı adam da sən demə elə mən özümmüşəm. Sonuncu şəriklik etdiyi adamın, Gülxanın dediklərindən, Yaşar Məhərrəmov onun özünə 12 min 300 dollar(21 min manata yaxın), bildiklərindən ən azı 6-7 nəfərə, həm də bankların birinə N qədər pul atıb qaçmışdır.Bank da,Gülxaın dediyinə görə,işi artıq məhkəməyə yönəltmişdir.

Necədir sizinçün?

2 ilə yaxındır məsələm məhkəmədədir.

İndi bu dələduzun “mübarək” üzünü ağardan məhkəmə ekspert rəyi ilə Sizləri tanış etmək istəyirəm.

Öncə qeyd edim ki, ekspert Ələsgər Ramis oğlu Mirzəyev haqqında “google”da axtarış versəz, bu “ekspert” haqqında müxtəlif instansiyalara verilən şikayətlərlə, hakimlərə yazılmış şikayət ərizələri ilə tanış ola bilərsiz. Adam əməlli başlı həngamədir.

Ən əvvəl diqqətinizə çatdırım ki, mənə vurulmuş əlavə ziyanların miqyasının ölçülməsinə dair xahişimlə hakim tərəfindən məhkəmə ekspetizasının təyin edilməsi, ekspertin obyektə baxışı, baxışdan sonra məhkəməyə rəsmi rəy göndərməsi gözləntisi təxminən 7 ay sürmüşdür. Bu ilin fevral ayında möhtərəm hakimimizin ekspertizanı təyin edib də, təxminən 7 ay sonra, yəni 11 sentyabrda məhkəmə günü özü tərəfindən rəyi oxumasından aldığım şoku isə dillə ifadə etməkdə belə çətinlik çəkirəm.

Deməli, məhkəmə ekspertizasının keçiriləcəyi gün, 16 may 2019 cu il tarixdə təyin edilmiş vaxt üzrə Binəqədi rayon məhkəməsinə gəlmişəm, hakim, bizimlə gedə bilməyəcəyini, obyektə baxışa onsuz, məhkəmə eksperti ilə gedəcəyimizi söyləmiş, sonra bir taksi tutub, mən, məhkəmə eksperti Ələsgər Mirzəyev və etibarnamə ilə oğlunun vəkilliyini edən Yaşar Məhərrəmovun atası Canağa Məhərrəmovla Novxanı bağları massivindəki bağ evinə yollanmışıq. Bağ evində mən və Canağa Məhərrəmov bağda görülən işlərin həcmi və keyfiyyəti haqqında ekspert Ələsgər Mirzəyevə ətraflı məlumat verməyə çalışmışıq. Verdiyimiz məlumatlarda maksimum olaraq Canağa ilə aramızda hər hansı bir ziddiyyətin olmamasına çalışmışıq, hətta 1 ci mərtəbənin tavanının onlar tərəfindən bir dəfə boyanması faktını da qəbul etmişəm (Yaşarın atası Canağa onların usta başçılığını edən Azərlə vatsap əlaqəsi yaradıb bu faktı mənə dəqiqləşdirdikdən sonra, Azərə inanaraq faktı təstiqləmişəm, baxmayaraq ki Yaşarın ekipinin obyektə girişindən əvvəl malyar işi usta Rəşad tərəfindən tam görülüb qurtarmışdı.

Görülən işlər haqqında ekspertin diqqətinə çatdırdıqlarımız yalnız və yalnız bunlar olmuşdu:

1) Bağ eviniin qarşısındakı aqlay və tamet döşəməsinin sökülməsi (ekspert bu işi sonradan 158 kv.m göstərməklə, sökülmənin hər kvadratı 1,5 manatdan 237 manatla qiymətləndirmişdi.Olsun,baxmayaraq ki söküntü sahəsi heç bir zaman 158 kv.m ola bilməzdi,amma olsun yenə də)

2) 3 ədəd qapı boşluqlarının “arka” şəklində düzəldilməsi (ekspert bunu sonradan 150 manatla qiymətləndirmişdi)

3) 168 kv.m döşəmənin metlaxla üzlənməsi (ekspert sonradan bu alayarımçıq,araları doldurulmamış,qum çoxluğu ilə vurulmuş əməliyyatı kvadratı 8 manatdan 1344 manatla qiymətləndirmişdi)

4) 1 ci mərtəbə tavanının əlavə boyanması(Yaşarın baş ustası Azərin bu faktı təsdiqindən sonra faktı mən də təsdiqləmişəm)

5) elektrik xəttində qısaqapanmanın səbəbinin araşdırılması üçün əlavə bir elektrikin obyektə yarım saatlıq cəlb olunması.
Ekspertin obyektə baxışı zamanı həm mənim,həm Canağa Məhərrəmovun təsdiqi ilə yalnız və yalnız bu işlərin görüldüyü onun diqqətinə çatdırılmış,qeydlərin aparmış və həmin taksi ilə də hər üçümüz sonradan şəhərə geri dönmüşük.Taksini ilk olaraq,yol pulunu ödəməklə,mən tərk etmişəm.

Məhkəmə ekspertiza rəyi ilə 2019 cu il (sentyabrın 11 tarixinə təyin edilmiş məhkəmə iclasında hakim Fərid Hətəmzadə tərəfindən açıqlanması ilə) tanış olduğum zaman isə həqiqi bir stress yaşamalı oldum.

Görülən işlər sən demə görün nə qədər imiş:

1)Bağ eviniin qarşısındakı aqlay və tamet döşəməsinin sökülməsi – 237 manat
2) Qapı boşluqlarının “arka” şəklində düzəldilməsi – 150 manat
Bura qədər olanlara hələ bir təhər dözmək olardı.Sonra gələnlər isə sadəcə dəhşət idi.

3) 1.Daxili divarların şpaklyovkalanması və boyanması – 270 kv.m – 810 manat
2.Şpaklyovka (astar,üz) – 150 manat

3.Boya – 95 kg – 285 manat

Bu ağ yalanı yazanda görən ekspert azacıq da olsa vicdan əzabı çəkdimi?Bütün bu işlər obyektdə Yaşardan əvvəl usta Rəşad tərəfindən görüldüyü və ona sərf edilən materialların Yaşara 0,1 faiz qədər dəxli olmadığı ekspertə baxış zamanı bildirildiyi halda,bu işləri Yaşarın ayağına yazmaq hansı mənəviyyatın göstəricisidir görəsən?

4)Döşəmənin metlaxla üzlənməsi 168 kv.m(hər kvadratı 8 manat olmaqla) – 1344 manat
Olsun,baxmayaraq ki,metlax tam bərbad şəkildə,sementin azlığı ilə vurulmuş və 2 ci mərtəbədə hələ istifadə olunmadan çıxmaq üzrədir.

5)Metlaxın alınması,kvadratı 10 manatdan 168 x 10 =1680 manat
Sən demə mənim 18 manatdan aldığım metlaxı da Yaşar alıbmış,özü də 10 manatdan…
6)Yapışqan(mata)-204 manat
yapışqanı da Yaşar alıbmış…

7) 1.Alçipandan asma tavanın quraşdırılması(profillə birlikdə) -672 manat
2.Alçipan təbəqə (sadə) – 448 manat
3.Profil – 336 manat
4.Şurup – 24 manat

Alçipan işləri nəinki Yaşardan əvvəlki usta Rəşad tərəfindən də deyil,hələ ondan əvvəlki ekip tərəfindən görülmüşdü…Bunu oxuyanda Rəşadın özü belə şoka düşdü.Yalanın ağı belə olurmuş görünür…

7) 1.Tavanın şpaklyovkalanması və boya ilə rənglənməsi – 504 manat

2.Şpaklyovka (astar,üz) – 90 manat

3.Boya – 177 manat

4.Cilalayıcı kağız (şkurka) – 10 manat
Bütün bu işlər də usta Rəşad tərəfindən,yəni tam olaraq Yaşardan əvvəl görülmüşdü

8) Daxili elektrik xəttlərinin çəkilməsi(materialla birlikdə) – 500 manat

Elektrik xəttləri də tam olaraq usta Rəşad tərəfindən Yaşardan əvvəl görülmüşdü…Sadəcə elektrik xəttlərinin birində qısaqapanma yarandığından yarım saatlıq obyektə elektrik çağrılmışdı.Bu fakt baxış zamanı Ələsgər Mirzəyevə də bildirilmişdi.

8) Əlavə nəqliyyat xərcləri – 400 manat

Hansı 400 manatlıq əlavə nəqliyyat xərclərindən söhbət getdiyi də məlum deyil

Demək, faktiki olaraq təxminən 1700-2000 manatlıq ala yarımçıq iş görüldüyü halda,əlavə 18 manatdan aldığım 200 kvadrat metlaxın zay edildiyi,çöl qapısının (pulunun ödənilməsinə ramən)qoyulmaması və səliqəsiz görülmüş metlax işləri ilə malyar işim bərbad gününə qoyulduğu halda,iki il pulumun əlimdən alınaraq,işimin də yarımçıq qaldığı halda, ekspert metlaxı da bunların aldığını, malyar işinin, alçipan işinin, elektrik işinin də bunların gördüyünü əlavə edərək Yaşarın xeyrinə 8021 manatlıq iş hasilatı çıxartmışdır.

Saxtakarlığın, vicdansızlığın dərəcəsinə bir baxın…

Demək Yaşarın atası,ekspertizadan əvvəlki məhkəmələr əsnasında məni kənara çəkib, guya Yaşarın orda 5 minlik iş gördüyünü, 8310 manatdan o 5 mini çıxmaq,yerdə qalanını mənə verməklə, tamamlama işlərini də Azərin başa çatdıracağı şərti ilə məsələnin məndən çözülməsini istəyirdi. Bu ekspertsə Yaşarın atasından da, Yaşarın özündən qat qat nainsaf oldu…Vallahi billahi Yaşar da,atası Canağa da demək ki ələsgər mirzəyevlərdən qat qat humanist imişlər…

Yalanın nə olduğunu bilirdim, amma ağ yalanın nə olduğunu tam dolğunluğu ilə indi anladım,ədalət təntənəsini icra edəcək bir dövlət məmurunun ilahi meyarları necə ayaqlar altınaşda tapdaladığının, bazara çıxarıb onunla necə alver etdiyinin acı təəssüratlarını yaşadım.

Yatanda yuxumda belə görməyəcək olanları reallıqda gördüm. İnsanı insan olduğundan utandıran mənfur əməllər gördüm…
Amma bu adamlara bir şeyi də deməkdə borcluyam.Bir zaman Yaşar Məhərrəmov özünün həyasız atmacaları ilə,sənin oyuncaq dövlətin mənə heç nə edə bilməz,fikrini sanki mənə aşılamaq istəyirdi və görünür indi ələsgər mirzəyevlər hesabına bu məqsədinə nail olduğunu düşünür.

Amma tam səmimiyyətlə Yaşarlara, Ələsgərlərə, Canağalara üzümü tutub deyirəm, qulaqlarınızı açın və yaxşı yaxşı eşidin.
Allah böyükdür,mənim dövlətim də böyükdür və sizlər də mütləq layiqli cəzalarınızı alacaqsınız.

Mütləq!”

 




Ana səhifəyə qayıt        Baxış: 297          Tarix: 23-09-2019, 08:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma