Xəbər lenti

 

ABŞ-Çin münasibətlərinin girdabında Birləşmiş Ştatlar Sahil Mühafizəsinin (USCG) Çinin “boz zona” taktikasına qarşı duruş gətirməsi üçün Sakit okeanın qərbinə yerləşməsinin sürətləndiriləcəyi barədə xəbərdarlıq səslənib. Bu nəzəri baxımdan gözəl görünür, amma USCG xroniki olaraq pis maliyyələşdirilir və indi sürətli iqlim dəyişikliyi ilə müşayiət olunan təbii fəlakətlərin nəticələrini aradan qaldırmaqla məşğuldur.

Həqiqətən, vergi ödəyiciləri başlarını qaşıya-qaşıya düşünür ki, federal hökumətin ən təsirli qurumunn Amerika sahilləri boyunca əsas vəzifələrindən niyə yayınırlar. Heç ağlınıza da gətirməyin ki, Amerikanın ən yaxşı və parlaq “sahil gəmiləri” Sakit okeanın qərbində, ən ucqar nöqtələrdə Çin Sahil Mühafizəsinə (CCG) müqavimət göstərəcək.

USCG üçün daha perspektivli vəzifə “uzaq Şimal” adlanan geniş ərazilərin patruludur. Amerikalı strateqlər və alimlər Konqresin, nəhayət, 2 yeni “Qütb Təhlükəsizliyini” maliyyələşdirməsindən məmnundurlar. Hər vahidi təxminən 750 milyon dollar olan bu gəmilər, əlbəttə, ucuz deyil, lakin onlara çox ehtiyac duyulur. Şübhəsiz, ABŞ-ın Arktikadakı strategiyası daha perspektivli ola bilər, lakin bu yeni imkanlar barədə sərt suallar verilməlidir.

Cənubi Çin dənizindəki USCG ilə bir qədər paralel vəziyyətdə, Amerikanın yeni buzqıranları Rusiyanın əvvəllər istifadə etdiyi şimal donanması ilə heç bir şəkildə müqayisə edə bilməz. Gələcəkdə belə Moskvanın buzqıran donanmasının üstünlüyü sual altına alınmır.

Dövlət katibi Mayk Pompeonun 2019-cu ilin mayında Finlandiyadakı nitqindən də göründüyü kimi, həm Moskva, həm də Pekin Arktikanı inkişaf etdirməyə çoxlu sərmayə qoyur. Bu iddialı səylər Mark Rozenin həmin forumda dərc olunmuş məqaləsində yaxşı ifadə edilib. Rozen yazır: “Arktikada Rusiya ilə Çinin arasında paz soxmaq administrasiyanın ən yüksək siyasət prioriteti olmalıdır. Bu, NSR [Şimali Dəniz Marşrutu] və FON [Naviqasiya Sərbəstliyi] əməliyyatlarına dair ən düzgün strategiyadır. Çinə qarşı “Rusiya kartı” oynamaq bəzən populyar bir anlayışa uyğun ola bilər”.

Rozenin qısa essesində “paz strategiyası” ilə Arktikada Çin maraqlarına “rus açarı”nın tapılması nəzərdən keçirilir. Amma çinlər Arktikanı ələ keçirirlərsə, onda ruslar bu ehtimaldan əsəbiləşməməlidirlərmi?

May ayının əvvəlində, Arktikanın İnkişafı Layihə Bürosunun (PORA) Moskvadakı mütəxəssisi Aleksandr Vorotnikov tərəfindən Çinin Arktikadakı maraqlarının araşdırılması müəyyən edib ki, bu, 2 Avrasiya nəhəngi arasında narahatlıq doğurmur, əksinə, sinerjili maraqları göstərir.

Müəllif qeyd edir ki, Pekinin Arktikaya dair niyyətinin ciddiliyi 2018-ci ilin yanvar ayında açıqlanmış “Ağ kitab”la vurğulanıb. Çinin Rus Arktikasında “Buzlu İpək Yolu”una marağı, yəqin ki, “Çin müəssisələrini fəal şəkildə sərmayə yatırmaq üçün təşviq etməyə” həvəs göstərən Rusiya müşahidəçilərinin nəzərindən qaçmayıb.

Həqiqətən, ruslar “Çin kapitalı, texnologiyası, bazar potensialı, lazımi bilik və təcrübəsi ilə Arktikada nəqliyyat marşrutları şəbəkəsinin genişləndirilməsində, sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynaya biləcəyinə” xüsusilə həvəslidirlər.

Vorotnikov vurğulayır: “Qeyd etmək vacibdir: Çin hakimiyyəti Rusiyanın Arktika güc kimi statusunu nəzərə alır; bilir ki, onun iştirakı olmadan heç bir Arktika məsələsi həll oluna bilməz”. Başqa sözlə, ruslar narahat olmaya bilərlər. Bu mütəxəssisin fikrincə, çinlilər Rusiyanın suveren hüquqlarına xələl gətirməyəcək.

Müəllif Yamal LNG nümunəsini bu əməkdaşlığın uğurlu nəticəsi kimi göstərərək Çin maraqlarının bu əsas sərmayənin təxminən 30 faizinə sahib olduğunu, Fransanın iştirakı ilə əlavə 20 faiz təşkil etdiyini, Rusiya “Novatek”in isə 50.1 faiz nəzarət etdiyini qeyd edib.

Digər yaxın perspektivli əməkdaşlıq sahəsi Arxangelsk Dərin Su Limanıdır. Sibiri Arxangelsk limanı ilə birləşdirən Belkomur dəmir yolu, həmçinin Kar dənizindəki “Nanhay-8” dərin su axtarış işləri də bu çərçivəyə daxildir. Əlbəttə, Şimal Dəniz Marşrutuna Çin marağı Rusiyanın nüvə donanmasının inşasına da təkan verir.

Təəccüblü olsa da, rusiyalı analitik Qərbin ekoloji problemlərini alt-üst edərək, əks-fikir söyləyir: “Çin bərpa olunan enerji sahəsində dünya liderlərindən biridir. Çin bərpa olunan enerji mənbələrinin gücü demək olar ki, bütün Rusiya enerjisinin gücünə bərabərdir… Beləliklə, Çinin bərpa olunan enerji istehsalında (VIE) təcrübəsi Rusiya Arktikasının inkişafı üçün istifadə edilə bilər…”

Sözügedən təhlil Pompeonun mayın 6-da Arktika Şurasında çıxışı öncəsi dərc olunub. Rusiyanın Pompeonun Çinlə bağlı iddialarına sərt təpkisi isə “RİA Novosti”də, mayın 7-də Çin Okean Universitetinin Arktika mütəxəssisi Quo Peyqinlə müsahibəsi idi. Quo, Pompeonun açıqlamalarını “fərziyyələr” olaraq rədd və iddia edib: “Çin Arktikaya hərbi gəmiləri və nüvə sualtı qayıqlarını göndərməyəcək, çünki Arktikada sülh və sabitliyin qorunması Çinin uzunmüddətli maraqlarına uyğundur… Arktikada sülhü təmin etmək üçün Rusiyanın kifayət qədər gücü və imkanları var…”

Çinli mütəxəssis Pompeonun Çin-Rusiya münasibətlərinə paz soxmağa çalışdığını söyləyib, o, ruslara “amerikalıların tələsinə” düşməməyi tövsiyə edib.

Rusiya Arktikasında Çin fəaliyyətinə dair başqa bir araşdırma 2018-ci ilin sentyabrında “İzvestiya” qəzetində dərc edilib. Bu araşdırma bir çox Arktika dövlətlərinin, o cümlədən Danimarka, İslandiya və Norveçin Arktikada müəyyən Çin təşəbbüslərini rədd etdiyini qeyd edərək müxtəlif narahatlıqlara görə bir sıra şübhələrə səbəb olub. Bununla birlikdə, məqalə ümumiyyətlə, Pekin maraqlarının həm tədqiqat, həm də iqtisadi inkişafa yönəldildiyi qənaətinə gəlir. Bunun əksinə olaraq, Qərbə açıq bir inamsızlıq var, çünki Şimal Dənizi Marşrutu ilə bağlı müzakirələr açıq-aşkar pis bir hiss oyandırıb: “Qərb mətbuatı daim NSR -i beynəlxalq mülkiyyət olaraq nəzərdən keçirməyi təklif edir”.

Ümumiyyətlə, Vaşinqton Moskvanı Arktikadakı fəaliyyətinə görə daim qınayır. ABŞ “bu bölgədə hərbi, siyasi və iqtisadi liderlik qurmaq üçün hər cür səy göstərir” və bu bölgədəki fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirməyə çalışır. Moskva isə “bu qatarı idarə etməkdən” əl çəkmir, həm də milli maraqlarına uyğun olaraq tərəfdaşlarını seçmək azadlığına, həm də qətiyyətinə arxalanır.




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: 23-09-2019, 10:46      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent