Xəbər lenti

 

Bir vaxtlar Akkuşa çayında bərələr üzüb, balıq vətəgələri olub. Kür çayının Xəzər dənizinə tökülən 12 qolundan biri Akkuşa çayı olub. 

Tarixçi, tədqiqatçı Sahib Həsənov Oxu.Az-a açıqlamasında deyib ki, elmi mənbələrdə çayın adı müxtəlif versiyalarla - Ağquşa və ya Akkuşa kimi qeyd edilir. 

Çay ərazini ağuşuna aldığı üçün Ağquşa, yəni çayın qolları ilə ərazini ağuşuna aldığı yer kimi təqdim olunur.

Akkuşa çayı mənbəyini Salyan ərazisindən keçən Kür çayından götürüb, öz axarı ilə yaşayış məntəqələrinin arasından keçərək Xəzər dənizinə tökülüb. 

Maralıdır ki, gursulu olması ilə tanınan bu çayda su nəqliyyat vasitələri fəaliyyət göstərib. Balığı bol olduğundan hətta indiki Neftçalanın Xol zonasında vətəgələr də yaradılıb. 

XIX əsrin ikinci yarısından çayda güclü lillənmə baş verib, Kür çayı ilə əlaqəsi getdikcə zəyifləyib. 

S.Həsənovun sözlərinə görə, 1892-1894-cü illərdə çayda dərinləşdirmə işləri aparılıb. Çayın xeyli hissəsi lildən təmizlənib. Lakin bilinməyən səbəbdən lildən təmizlənmə işləri yarımçıq qalıb. Beləliklə, çayı xilas etmək mümkün olmayıb. 

XX əsrin əvvəllərində Akkuşa çayının Kürlə əlaqəsi tamamilə kəsilib. Təbii ki, belə olan halda gəmiçilik ləğv edilib, balıq vətəgələri də yığışdırılıb. 

O dövrlərdə müstəsna əhəmiyyət kəsb edən çay quruyaraq arxa çevrilib. Bundan sonra Kür sahilində quraşdırılmış su nasoslarının vasitəsilə arxa su vurulub.

Müxtəlif adlarla adlandırılmasına baxmayaraq, indi həmin çay el arasnda daha çox “Bala Kür” kimi tanınır. Bu arxdan 35 min hektar əkinə yararlı torpaq sahələrinin suvarılmasında istifadə olunur. 

Qeyd edək ki, arxın uzunluğu 70 kilometrdir.




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 23-09-2019, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma