Xəbər lenti

 

GünazTV: İran parlamentinin sədri Əli Laricani sentyabrın 28-də Ermənistan Respublikasının Tehrandakı səfiri Artaşes Tumanyanla görüşüb.

 

Görüşdə, İranla Ermənistan arasında əlaqələrin hərtərəfli inkişafda olmasından məmnun qaldığını bildirən Laricani, iki ölkə arasındakı isti münasibətlərə toxunaraq deyib ki, İranda Ermənistana müsbət baxış var: “İranla Ermənistanın bir-biri ilə yaxşı münasibətləri var və bu əlaqələr getdikcə inkişaf edir. Ümid edirik ki, iki ölkənin kənd təsərrüfatı, dərman preparatları və səhiyyə sahəsindəki əlaqələri və birgə əməkdaşlığı daha da inkişaf edəcək.

 

İran İslam Respublikası parlamentinin araşdırmalar mərkəzi və onun özəl komissiyaları Ermənistan parlamenti ilə qarşılıqlı əlaqələri genişləndirməyə tam hazırdır. İranda Ermənistana qarşı müsbət fikir və baxış var. Hesab edirik ki, sizin Emənistan səfiri kimi burada hüzurunuz, ölkələrimiz arasındakı siyasi, mədəni və ticari əlaqələrin inişafına səbəb olacaq.

 

Biz, Ermənistan Respublikasının beynəlxalq qurum və toplantılardakı mövqeyini bəyənir, İranı dəstəklədiyinə görə öz təşəkkürümüzü bildiririk. Bu isə ölkələrimiz arasında olan səmimi dostluğun nəticəsidir” –deyə İran parlamentinin sədri Əli Laricani əlavə edib.

 

Görüşdə Ermənistan səfiri Artaşes Tumanyan iki ölkənin parlamentləri arasındakı əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb: “İki ölkə parlamentlərinin dostluq qrupları bir-biri ilə sıx əlaqədədirlər. Biz isə iki ölkə parlamentlərinin müxtəlif komissiyaları arasında olan əlaqələri daha da genişləndirmək niyyətindəyik” –deyə Ermənistan Respublikasının İrandakı səfiri Artaşes Tumanyan bəyan edib.

 

Erməni səfir, jurnalistlərə açıqlamasında İran parlamentinin sədri Əli Laricaninin yaxın vaxtlarda Ermənistana səfər edəcəyini  açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 601          Tarix: 28-09-2019, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma