Xəbər lenti

 

“Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda “Khaza”, “Rana” və “Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın “Azərmaş” və 25%-i İranın “Khodro” şirkətinə məxsusdur. 

B. Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib.

Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır ləğv olunub.
 




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 3-10-2019, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma