Xəbər lenti

 

Fransadakı səfirliyimizin və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmiz Fransanın Overn-Ron-Alp regionunun Klermon-Ferran şəhərində “Sommet de l’elevage” (“Heyvandarlıq zirvəsi”) adlı beynəlxalq heyvandarlıq sərgisində təmsil olunub.

Azərbaycan nümayəndə heyətinə Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik edib. Oktyabrın 4-dək davam edəcək sərgiyə ölkəmizin 10-dan çox fermeri, eləcə də assosiasiyaların rəhbərləri qatılıb.

Nazir - Quzu

Nazir sərgidə iştirak etmək üçün internet fenomeninə çevrilən qubalı fermer İldırım Məmmədovu da aparıb.

Qeyd edək ki, keçən il kənd təsərrüfatındakı problemləri dilə gətirməklə internet fenomeninə çevrilən Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədovla nazirin qucağında quzu şəkili sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. /"Bizim yol"

Ovqat.com-un əlavəsi

Görun çatlamasın, Mirzə Cəlil, nə "Quzu" hekayəsinin yeridir!




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 4-10-2019, 02:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma