Xəbər lenti

 

Türkiyə qüvvələrinin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması maddi və humanitar zərərə səbəb ola bilər.

RİA-Novosti bildirir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

“Rəsmi Tehran Türkiyə tərəfinin Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq niyyəti ilə bağlı xəbərləri narahatlıqla izləyir. Hesab edirik ki, belə bir addımın atılması nəinki Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını aradan qaldıracaq, əksinə geniş maddi və humanitar ziyana səbəb olacaq”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Tehran hər cür hərbi əməliyyatların əleyhinədir və məsələnin sülh yolu ilə aradan qaldırılması üçün Türkiyə və Suriya ilə dərhal əlaqə yaratmağa hazırdır.

Xatırladaq ki, bundan əvvəl İran XİN rəhbəri Məhəmməd Cavad Zərif demişdi: "Biz Türkiyə tərəfinə dedik ki, Türkiyənin təhlükəsizliyi yalnız sərhəd bölgələrində hərbi qüvvələrin yerləşdirilməsi ilə təmin edilə bilər. Suriyanın suverenliyinə və təhlükəsizliyinə qarşı edilən hərəkətlər Türkiyəyə heç bir fayda gətirməyəcək".




Ana səhifəyə qayıt        Baxış: 413          Tarix: 8-10-2019, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma