Xəbər lenti

 

Uzun müddətdir müxtəlif rayonlarda icra başçısı vəzifəsi tutan və zaman-zaman mətbuatın gündəminə gələn Saatlı icra başçısı Nazim İsmayılovla bağlı yeni məlumat var. PİA.az-a Göyçaydan daxil olan məlumata görə Nazim İsmayılov Göyçay şəhər Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar” otelini və “Çinar” şadlıq sarayını satışa çıxarıb.

Bildirək ki, sözügedən oteli və şadlıq sarayını hazırda Nazim İsmayılovun oğlu Anar İsmayılov idarə edir. İcra başçısının Göyçay şəhərindəki otel və şadlıq sarayını satmasının səbəbkarının oğlu Anar İsmayılov olduğu deyilir.

Məlumata görə Anar İsmayılov oteli və şadlıq sarayını sataraq Ukraynada biznes yaratmaq niyyətindədir. Başçı oğlunun xariic ölkədə biznes qurmaq üçün Ukraynanı seçdiyi və bu iş üçün tez-tez həmin ölkəyə səfər etdiyi idda edilir.

Nazim İsmayılovun “Çinar” otelini və “Çinar” şadlıq sarayını 1,2 milyon manata satışa çıxardığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü olması barədə məlumat dərc olunmuşdu və sənədlər yayılmışdı. Lakin Saatlı rayon İcra Hakimiyyəti Nazim İsmayılovun adından həmin məlumatı təkzib etmişdi.

Qarşı tərəfin mövqeyini dərc etçəyə hazırıq...




Ana səhifəyə qayıt        Baxış: 46          Tarix: 10-10-2019, 15:29      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent