Xəbər lenti

 

Pakistanın baş naziri İmran Xan Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” anti-terror əməliyyatını dəstəklədiyini bildirib.

 Pakistan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ona dəstəyini ifadə edib.

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, - deyə məlumatda bildirilir.(Modern.az )




Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 12-10-2019, 11:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma