Xəbər lenti

 

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri nazir İnam Kərimov imzalayıb. 

Əmrə əsasən, Nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru təyin edilib.

Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin əvvəlki direktoru Elçin Zeynalov ötən həftə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyinat alıb.




Ana səhifəyə qayıt        Baxış: 443          Tarix: 14-10-2019, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma