Xəbər lenti

 

Azərbaycan sərhədləri hüdudunda 1840-1929-cu illər ərzində inzibati-ərazi bölgüsünə daxil edilmiş    Yelizavetpol (Gəncə) quberniyasının   Qazax qəzası 1929-cu  ildə  ləğv  edilərək  rayon  statusu  qazanmışdır. Bu qəzanın tərkibində minilliklər boyuinca yer alan “Qaraqoyunlu dərəsi”nin   (Polad kənddən başlayıb Gölkənd kəndində qurtaran, uzunluğu 25 km-çatan hissədə, Göyçə gölünün şimal və şimal-şərq əraziləri) müsəlman-türk mənşəli kəndlərindən Poladkənd, Salah, Qaraqaya, Yanıx pəyə, Çaykənd, Əmirxeyir, Pəriabad, Gölkənd, Cıbıxlı, 1922-ci ildə  Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistanın inzibati-ərazi vahidlərinin təşkili məqsədi ilə Çəmbərəkənd nahiyəsinə təhkim edilmişdir. Bu  ərazilərdə 1937-ci ildə hay kilsə və daşnak idarəetmə sistemi Krasnoselsk rayonu yaratmışlar.

   Qazax qəzasının Haqqıxlı (keçən əsrin 70-ci illərində Vurğunkənd adlanmışdır) və Dilican kəndləri də həmin dövrdə    Karvansaray nahiyəsinə təhkim edilmişdir. Orada isə 1930-cu  ildə İcevan rayonu təşkil edilmişdir.

   Çar Rusiyasının Qafqaz canişinliyinin Qafqaz Hərbi Dairəsinin Hərbi-topoqrafiya şöbəsi tərəfindən tərtib edilmiş  “Cənubi Qafqaz.1903-cü il.”  xəritəsində  yuxarıda adları çəkilən kəndlər bütünlüklə Qazax qəzasının sərhədləri hüdudunda göstərilmişdir.

   Ermənistan rəhbərliyinin və hay kilsəsinin birgə təşkilatçılığı ilə SSRİ hökumətinin qəbul etdiyi qərara əsasən 1948-1949-cu illərdə  “Qaraqoyunlu dərəsi”nin kəndlərində yaşayan müsəlman-türk əhalisinin xeyli hissəsi Qazax, Şəmkir, Gədəbəy... rayonlarına köçürülmüşdür.

 

 (Yazının hazırlanmasında Qərbi Azərbaycanın Çəmbərəkənd rayonu, Qaraqaya kənd sakini  Sabir İsmayıl oğlu Əfəndiyevin (1942) məlumatından  istifadə edilib.)

                                                     




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 15-10-2019, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma