Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

  

 “İsrailin “Hizbullah” və “Həmas” tərəfindən mühasirəyə alınması İraqa gedən iranlı zəvvarların Kərbəla yolunda “Ya Hüseyn” şüarı səsləndirməsi ilə mümkün olub. Bu isə Ərbəinin bizə bəxş etdiyi bərəkətlərdən biridir”.

Ovqat.com-un Günaz TV-yə istinadən verdiyi məlumata görə, təndirəsər qiybətlərini xatırladan bu sözləri Məşhədin imam cüməsi Əhməd Ələmülhüda dünənki cümə xütbəsində deyib.

Əhməd Ələmülhüda, İsrailin necə və nə vaxt mühasirəyə alınması ilə bağlı hər hansı bir dəlil-sübut irəli sürməyib.

Qeyd edək ki, İran rejimi “Həmas”a və Livan “Hizbullahı”na maliyyə və hərbi yardım göstərdiyini inkar etsə də, dünyanın bir çox ölkələri, o cümlədən də Amerika, İsrail və regionun bir sıra ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan Livan “Hizbullah”ının rəhbəri Şeyx Həsən Nəsrullah bir neçə vaxt əvvəl keçirdiyi bir tədbirdə “Hizbullah”ın bütün büdcəsinin İrandan gəldiyini etiraf edib.

 

 “Mən açıq şəkildə bildirirəm ki, “Hizbullah”ın bütün büdcəsini İran İslam Respublikası təmin edir. Daha doğrusu, “Hizbullah”ın yeməyindən, içməyindən tutmuş ta silah-sursat və raketlərinə qədər hər şeyi, hətta bizim alt paltarlarımız da İrandan gəlir. Nə qədər ki, İranın pulu var, bizim də pulumuz olacaq və bunun üçün biz İranın dini lideri Əli Xamneyiyə öz təşəkkürümüzü bildiririk” –deyə, Həsən Nəsrullah bildirib.




Ana səhifəyə qayıt        Baxış: 109          Tarix: 19-10-2019, 17:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent