Xəbər lenti

 

İran ABŞ-la razılaşması çərçivəsində öz öhdəliklərini azaldıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani açıqlama verib.

“Yeni mərhələ Fordo şəhərində yerləşən sentrofuqa qazın ötürülməsi ilə başlayacaq”-deyə Ruhani bildirib.

İran lideri nüvə proqramının dayandırılması üçün “altılıq” ölkələri – ABŞ, Fransa, Rusiya, Böyük Britaniya, Almaniya və Çinin ABŞ-ı ölkəsinə qarşı sanksiyaları ləğv etməyə inandırmağa bağlayıb.   

Xatırladaq ki, İran və "altılıq" ölkələri arasında nüvə razılaşması 2015-ci il iyulun 15-də imzalanıb. Həmin razılaşma İranın nüvə proqramını ciddi beynəlxalq nəzarətə alırdı. Buna baxmayaraq, ABŞ 2018-ci il mayın 8-də müqavilədən təktərəfli qaydada çıxaraq, İrana qarşı sanksiyaları bərpa edib. 




Ana səhifəyə qayıt        Baxış: 1 184          Tarix: 5-11-2019, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma