Xəbər lenti

 

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, İranın Atom Enerjisi Agentliy noyabrın 6-da MAQATE müfəttişlərindən birinin müvəqqəti saxlanılması barədə məlumatlara cavab olaraq bildirib ki, müfəttişin qəbul lisenziyası ləğv olunub və o İranı tərk edərək Vyanaya yollanıb.

Daha əvvəl “Reuters” agentliyi diplomatik mənbələrə istinadən MAQATE müfəttişlərindən birinin İran təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətə müvəqqəti saxlanıldığını və səyahət sənədlərinin alındığını bildirmişdi.

Qeyd edək k, İranın Atom Enerjisi Agentliyinin verdiyi məlumata görə, ötən həftə MAQATE müfəttişinin “üzərində şübhəli material olması ehtimalı ilə bağlı narahatçılıq” səbəbindən Nətənz zənginləşdirmə obyektinə girməsinin qarşısı alınıb.

İranın Atom Enerjisi Təşkilatının açıqlamasında deyilir: “Obyektin təhlükəsizlik xidmətindən verilən məlumata görə, qadın müfəttiş obyektə daxil olduğu zaman yoxlama avadanlıqları xəbərdarlıq işarəsi verib və buna görə müfəttişin üzərindəki əşyalara baxış keçirilərək, onun obyektə daxil olmasının qarşısı alınıb və bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verilib, eləcə də İran İslam Respublikası tərəfindən Agentliyə müfəttişin əvvəlki qəbul lisenziyasının ləğv edilmiş hesab olunduğu bildirilir”.

 




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 7-11-2019, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma