Xəbər lenti

 

 Təranə Arifqızı

 

Fərqli bir fikir söyləmək, fərqli rənglər yaratmaq üçün, gərək sözü meydana gətirən rəngləri, dunyanı, insanları sevəsən, sözün  sevdalısına çevriləsən. Bəzən  söz yazıb, sözü misraya çevirib, misraları qafiyələndirib, ruhumuzun ağrısını, acısını,  bənd-bənd ağ kağıza köçürürük.

Nolar, dindirməyin məni,

Günahsız günah kimiyəm…

Qəm yeyib, qəm sindirirəm.

Hər dərdə mübah kimiyəm..

 

Öldüm bir həsrət goruna,

Düşdüm bir qəmin qoruna,

Mən nə söyləyim yarına…?

Yalançı “Vallah” kimiyəm..

 

Bağımıza bir od düşdü,

Ağ kağıza bir ad düşdü,

Ömür  ömrə bişad düşdü,

Lal olmuş sabah kimiyəm …

 

Ürəyimdə tutdum dilək,

Əzrayılım qurdu kələk,

Şah damardan vurdu fələk,

Çəkilmiş bir ah kimiyəm…

 

Deməyə çoxuydu sözüm,

Kor oldu qismətin gözü..!

Yanıbdı  ruhumun özü,

Demə, tək  Allah kimiyəm…

                                        

Bəzən də dünyanı, insanları, çox zaman özümüzü qafiyəsiz yazırıq, hecalara sığmırıq, azadlığı udum-udum sözlərin sinəsinə çəkirik.

Gecə susub… Köks ötürür kirımişcə,
Qaranlığın ağ addımı gözlərimə işıq salıb.
Həsrət-olüm qol-boyundu bəxtimizə...

Ürəyimdən gözlərimə qan verirəm.
Bır ümidə qucaq açıb xəyal gəmim,
Səssizliyin qucağında can verirəm.


Sinəmdə  bir ürək var - param-parça,
Amma yenə döyünür o…
Dodaqları yanıq-yanıq,
İçdiyi su susuzluğa vermir qanıq….


Gecə keçib, yatan yatıb, itən itib, gedən gedib.
Bircə fikir suları lal…
O sularda sən oyanıq, mən oyanıq…
sualıma cavab versən -
Gedirsənmi??
Gəl, danışaq, yola verək bu dunyanı,
Ey  ürəyim, bütöv olaq, mənimlə qal…!  

  

Bir də görürsən, nənələrimizin zaman yaddaşına öz yaddaşımızda olanları əlavə edirik, folklor zənginliyi yaradırıq...

                  

                        Əzizim qəm daşıdı,

                        Qəm dağı, qəm daşıdı

                        Ürəyim ürəyinin

                        Sirdaşı, qəmdaşıdı.

Bayatı əslində asan şeir janrı, fölklor nümunəsidi. Amma onu söz yığınına çevirməyə haqqımız yoxdu. Bayatı düşündürücü fikir ifadə etmirsə, çox da uğurlu sayılmaz. Bu fikir cinas bayatı üçün daha kecərlidi...

 Əzizim, dəftər ağı,  

Dolubdu dəftər ağı,

Ürək kamana döndü,

Neynirəm dəf-darağı.

 

 Eləmi, daş divarın,

Qaynadı, daşdı varın,

İkicə arşın yerdə

Bəzəndi daş-divarın.

                    

 Əzizim qara bəndəm,                     

 Qış günü, qara bəndəm,                       

 Dərdin ağ kağızına                    

 Yazılmış qara bəndəm.

  

Bütün bunlar bir ruhun varlığından süzülüb, bir ürəyin rəngli çalarlarına çevrilir. Hətta bu an qələmə aldıqlarım da o rəng çalarlarından biridir. Kim hansı rəngi sevirsə, o rəngdə oxusun, o rəngdə düşünsün deyirəm.                    

Rənglərə bölünmək məni yormur. Dünyanı nə ağ, nə də qara görürəm. Gözlərin olduğu kimi, sozlərin də rəngi var. Təki onlardan gözəl, düşündürücü  bir tablo yarada biləsən.

Günlərimiz də rəng doludu. Hətta hər saatın, hər dəqiqənin, hər anın öz rəngi var - bəzən səsli, bəzən səssiz rənglər. Həyatı insana sevdirən, insanı həyatdan küsdürən rənglər... Zaman axdıqca, həyat bizə rənglərin axarına düşməyi, gah sevinib, gah ağlamağı hədiyyə edir.

Sevdiklərimi itirmək qorxusu vardı içimdə...

Mənim qorxularımla yazı yazan olmadı..

Görməmişdim, yaşamamışdım qorxunu

Bu boyda, bu biçimdə...

Bir səhər ayıldım, itdim bu məchulluqda,

gordüm özümü.. görmək istəmədiyim yoxlugun

tam ortasında, tam içində...

 

Yenə keyləşmış yuxumun

 yarıqapalı gözlərindəyəm...

gecənin səssiz sabahlarında

yuxumla gizlənqaç oynayıram..

Ürəyim boz rəngin yaxasından tutub...

Kədər düyün düşüb şah damarımda...

Göz yaşımla açmaq istəyirəm

Bu çalpaşıq  düyünləri.....

Içimə hönkürürəm..... – ürəyim içini çəkir....

nəfəsimin yandığını hiss edirəm...

yanmaq... yanmaq yeni yaşamın yana-yana başlamağıdı...

yananın olanların bir tərəfini boşlamağıdı...

İndi həsrət dolu bir qoxu var ruhumda...bir parçamın qoxusu... gülər üzü şirin gülüş qoxuyur...

Qorxularım mənə meydan oxuyur.... daha dinə bilməyəcək...daha gülə bilməyəcək...

Hamı kimi, O da gəldiyi yerə donür...

Haradan gəlmişik, ora da dönəcəyik... bilirsən...daha bu çirkin dünyadan uzaqlaşırsan...

Daha gözəl dünyan olacaq sənin..Tanrı yaradacaq o dünyanı sənə...

Daha görə bilmədiyim özün kimi, daha deyə bilmədiyin  sözün kimi, gülə bilmədiyin gülüşlərin kimi..

Sığalına yetim qaldığın  əllərin cod yumşaqlığı kimi... Tanrı  payı qədər doyulmaz dad kimi.. Çoox... çox gözəl bir Dünya...

 

Bu dəfə yenə rənglərə toxundum. Sözün sözsüzlüyündə, səsin səssizliyində, rəngin rəngsizliyində donub qaldım. Həyatda ən güclü nədir? Kimdır? Sualların cavabsızlığında itdim.., acizləsdim, amma, yenə misraların arasında tapdım özümü, Öz Rəngimi...

 

Nə nəğmə oxudum, nə şeir yazdım,

Nə də ki könlümü aldım bu axşam,

Kirpikdə həsrətim keçmişə sızdım,

Bulud tək göylərə doldum, bu axşam.

 

Yağdım yağış kimi, keçdim çən kimi,

Saçımın qarasın biçdim dən kimi,

Gəlib lal yerişlə sən ötən kimi,

İzinin tozunda qaldım bu axşam.

 

Daşı daş yerindən oynatdı həsrət,

Qaşı qaş yerindən oynatdı həsrət,

Gözumə yuxutək daş atdı həsrət,

Ruhunu yollardan aldım, bu axşam...

 

Nə ruhum dincələcək, nə cismim usanacaq... Bu sevda heç zaman bitməyəcək, bilirəm... Nə ağrilar, əzablar, nə itkilərin bizi yandıran varlığı, nə də ki, varlığımızın yoxluğu bitirə bilməz bu sevdanı....

Rəngli sözlərin sevdası içimə elə hopub...  elə hopub...




Ana səhifəyə qayıt        Baxış: 104          Tarix: 7-11-2019, 19:02      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent