Xəbər lenti

 

Qadınların cəmiyyətdə rolu olduqca böyükdür. Bəşər sivilizasiyasının inkişafında və bugünkü müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu və xidmətləri olub. Qadınlar bu gün təkcə öz ölkələrində deyil, beynəlxalq səviyyədə nüfuz qazana bilir. Tarixin müxtəlif dövrlərində örnək kimi qəbul edilən qadınlar olub və indi də vardır.

Yenicag.az ictimai-siyasi və dövlət sahələrində uğur qazanmış dünyanın ən nüfuzlu qadınlarının əsas maraq və hobbilərini araşdırıb sizlərə təqdim edir:
 

Almaniya Federativ Respublikasının Federal Kansleri, görkəmli dövlət xadimi və siyasətçisi Angela Merkelin əsas hobbisi kiçik baxçasında əkdiyi gül-çiçəyə həvəslə qulluq etməkdir. Futbol azarkeşliyində isə kişilərdən heç də geri qalmır. O, mükəmməl siyasətçi olmaqla yanaşı, mətbəxdə də özünü səriştəli xanım kimi göstərməyi bacarır.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın tərcümeyi-halında kitab oxumaq və ya klassik türk musiqisi( Türk Sənət musiqisi) dinləməkdən savayı maşın sürməkdən də böyük zövq aldığı qeyd olunur.

 

42-ci ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı, ABŞ-ın 67-ci dövlət katibi Hillari Klintonun əsas hobbilərinə – üzgüçülük, bağçılıq və ev dekorasiyası daxildir.

 

Böyük Britaniyanın yeganə qadın baş naziri olmuş görkəmli siyasətçi Marqaret Tetçer klassik musiqi dinləməkdən (xüsusilə də İ.S. Bax ən sevimli bəstəkarı olub) və tennis oyunları izləməkdən böyük zövq alıb.

 

Rusiyanın əməkdar idman ustası, təqaüdçü bədii gimnastı və siyasətçisi Alina Kabayevanın balet, yumşaq oyuncaqlar kolleksiyası toplamaq və bədii ədəbiyyat oxumaq kimi maraqlı hobbiləri var.

 

Alyaska ştatının ilk qadın qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin ovçuluq və balıqçılıq kimi fərqli hobbilərə sahibdir.

 

Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq Avropaya və Uzaq Şərqə səyahət etməyi xoşlayır. Onun hobbiləri sırasına at sürmək və üzgüçülük də daxildir.

 

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı, vəkil və siyasətçi Mişel Obama bağçılıqla məşğul olmağı və tennis oynamağı çox sevir.

 

Litvanın ilk qadın prezidenti olan Dalya Qribauskayte karate üzrə qara kəmərə sahibdir. Kitab oxumağı və musiqi dinləməyi xoşlasa da, bütün diqqətini işinə fokuslandırmağı xoşlayır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın olduqca maraqlı hobbisi var. Ölkənin birinci xanımı kolleksiya həvəskarıdır. Əjdaha ilində doğulan birinci xanım əjdaha rəsmlərini toplayır. Mehriban Əliyevanın kolleksiyasında bahalı eksponatlarla yanaşı, çox da baha olmayan eksponatlara da rast gəlmək olar. Birinci xanımın xüsusi diqqət ayırdığı və hər birinin öz hekayəsi olan eksponatlar isə onlar üçün ayrılmış parlaq şüşəli rəflərdə saxlanılır.

Tahirə Nur




Ana səhifəyə qayıt        Baxış: 89          Tarix: 8-11-2019, 07:56      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent