Xəbər lenti

 

“Qarabağ məsələsində ilin axırına qədər heç bir irəliləyiş olmayacaq”.

Bunu Moderator.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib.

Ekspertin sözlərinə görə, erməni tərəfinin təxribatçı bəyanat və addımları, danışıqlardan qaçmaq cəhdi problemin qısa zamanda həll ediləcəyinə ümid vermir:

“Bu, olduqca mürəkkəb bir məsələdir. Xüsusilə Ermənistanda yeni hakimiyyətə gələn qüvvələr çox ziddiyyətli addımlar atır, müxtəlif bəyanatlar verirlər. Bu bəyanatlardan belə nəticə çıxarmaq olar ki, onların Dağlıq Qarabağ məsələsini həll etmək niyyəti yoxdur. Onlar sadəcə olaraq, danışıqlardan yayınırlar. Müxtəlif vədlər verir, lakin eyni vaxtda buna paralel olaraq təmas xəttində atəşkəsi pozur, müxtəlif təxribatlara cəhd edirlər.

Məni daha çox qıcıqlandıran, narahat edən Minsk qrupu həmsədrlərinin bəyanatlarıdır. Bu yaxınlarda Minsk qrupunun orada toplantısı oldu. Həmsədrlər yenə də tərəfləri sülhə çağırdılar, xalqların sülhə hazırlanmasını tövsiyyə etdilər və s. Bu, cəfəngiyyatdır və reallıqdan uzaqdır. Dağlıq Qarabağ Azərbaycana qaytarılmadan, işğaldakı torpaqlarımız azad olmadan biz bu xalqla necə yaxınlıq edə bilərik?

Dağlıq Qarabağ separatçılarının liderləri aparıcı dövlətlərə gedirlər. Orada bəzi dairələrlə görüşürlər. Təbii ki, belə olan təqdirdə ilin sonuna kimi Qarabağ probleminin həllində hansısa real nəticənin baş verəcəyinə ümid etmək məntiqli görünmür”.




Ana səhifəyə qayıt        Baxış: 236          Tarix: 9-11-2019, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma