Xəbər lenti

 

SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Fazil Rəhmanzadə çap etdirdiyi “Bu  isimdə bir can” kitabında Azərbaycanın və SSRİ-nin məşhur müğənnisi Rəşid Behbudovla bağlı yazdığı məqaləsində maraqı bir detala toxunub.

R.Behbudovun həyat yoldaşı Ceyran xanım 1999-cu ildə verdiyi müsahibəsində deyib ki, SSRİ Ali Sovetinin iclasında Azərbaycan nümayəndə heyətindən heç kim iclasda iştirak edən mərhum Heydər Əliyevə yaxınlaşmır. Mərhum Rəşid Behbudov Heydər Əliyevə yaxınlaşır, öpüşüb görüşürlər. Heydər Əliyev Rəşiddən soruşur: “Nə əcəb mənə yaxınlaşdın. Axı indi hamı məndən qaçır. Salam verməyə belə cəsarət etmirlər…”

Maraqlıdır ki, Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan getməsindən sonra onun SSRİ-nin ictimai həyatında iştirakı ilə bağlı az məlumat var.  Mərhum prezidentin təqaüdçü həyatı sürməsi yazılarda daha çox vurğulanır.

… Halbuki mərhum prezident Heydər Əliyev 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.

XI-ci çağırış SSRİ Ali Sovetinə seçkilər 1984-cü ildə keçirilib. Azərbaycanı orada 61 deputat təmsil edib.  SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan Heydər Əliyev məhz Azərbaycandan deputat mandatı alıb.

Azərbaycan nümayəndə heyətinin tərkibi də çox maraqlıdır: SSRİ Ali Sovetinə Naxçıvandan 10 deputat seçilib, onlardan biri rus olub. Dağlıq Qarabağ Muxtar Vilayətindən isə 5 deputat seçilib, onlardan 3-ü erməni, 2-si azərbaycanlı olub. Bunlar Lidiya Rəsulova və Süleyman Tatlıyevdir.

Tanınmışlar sırasında SSRİ xalq artisti, drijor Niyazi, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, xalq yazıçısı Mirzə İbrahimov da deputat mandatı alıblar.

Bunlardan başqa Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, DQMV-in rəhbəri Boris Gevorkov, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Dövlət Təhlükəsizlik  Komitəsinin sədri Ziya Yüsifzadə, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov, Həsən Seyidov SSRİ Ai Sovetində deputat kimi Azərbaycanı təmsil ediblər.

Tale elə gətirib ki, bu tərkib SSRİ-də başlanan böyük  dəyişikliklər dövründə işləməli olublar. Mixail Qorbaçov tərəfindən SSRİ-də elan edilmiş Yenidənqurma siyasəti bütün köhnə idarəçilk sistemini tərpətdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılanda SSRİ Ali Sovetinin bu tərkibi mövcud idi. Görünür, H. Əliyevə qarşı başlanmış təqib kampaniyası Azərbaycandan olan deputat korpusunu özlərinin keçmiş rəhbərinə qarşı mövqeyini dəyişməyə vadar edib.

Bundan başqa, 1988-ci ildə Dağlıq Qarabağa qarşı ərazi iddiaları başlanarkən bu 62 nəfərlik Azərbaycan deputat qrupunun Moskvada hansı mövqe tutması da aydın deyil.  Bu deputatlar, nədənsə, Mərkəzi hakimiyyətin tənqidində maraqlı olmayıblar.

Azərbaycanı təmsil edən Heydər Əliyevə SSRİ xalq deputatları tərəfindən soyuq münasibət isə o dovrün mühitini aydın göstərən barometridr.

XI-ci çağırış SSRİ Ali Sovetinə seçilmiş Azərbaycanlı deputatların tam siyahısı aşağıdakı kimidir.

 

Siyahını oxuculara təqdim edirik:  

  1. Abbasov Qurban Qulu o]lu – Naxçıvan MSSR Millətlər Sovetindən
  2. Abasova Lətifə Bilal
  3. Abdullayeva Yeganə Güləli
  4. Əbdurrəhmanova Mətanət Əhməd
  5. Əliyev Əli Nağı – Millətlər Sovetindən
  6. Əliyev Heydər – Millətlər Sovetindən
  7. Əliyev İsa – Naxçıvan
  8. Əliyev Şənlik Müslüm
  9. Əliyeva Zibar Süleyman qızı
  10. Əliyeva Minayə Mirzəbala qızı
  11. Əliyeva Həvva Xəlil – Naxçıvan
  12. Allahverdiyeva Minayə Qurban
  13. Arbatov Georgi Arkadeviç
  14. Bağırlı Ramiz
  15. Bağırov Kamran
  16. Bağırov Oktay
  17. Baybakov Nikolay
  18. Balayan Vazgen – DQMV
  19. Baruşeva Lyubov
  20. Behbudov Rəşid – Naxçıvan MSSR
  21. Brexov Konstantin
  22. Buqayev Boris
  23. Həsənova Gövhər
  24. Həsənova Xanımcan
  25. Həsənova Şamama
  26. Qasımov Famil
  27. Qurbanova Nailə
  28. Hüseynov Adil
  29. İbrahimov Hüseyn
  30. İbrahimov Mirzə
  31. İmralıyev Sərdar
  32. Qasımova Sünbül
  33. Gevorkov Boris
  34. Konovalov Vasili
  35. Kutaxov Pavel
  36. Mailov Afiq
  37. Mayorets Anatoli
  38. Məmmədov Rafiq – Naxçıvan
  39. Məmmədova Venera – Naxçıvan
  40. Məmmədova Nargilə

41.Mamunts Samvel – DQMV

  1. Medvdeyev Vadim
  2. Müzəffərov Sabir
  3. Musayev Fuad
  4. Musayeva Tərlan
  5. Muxtarov Lətif
  6. Nuriyeva Nərgiz

48.Orbelyan Sayda

  1. Popkov Mixail – Naxçıvan
  2. Rəsulova Lidiya
  3. Sadıqova Nəzakət
  4. Salayev Eldar
  5. Səmədova Qönçə
  6. Seyidov Həsən
  7. Subotin Aleksandr – Naxçıvan
  8. Tağızadə-Hacıbəyov Niyazi
  9. Tahirov Həsən –Naxçıvan
  10. Tatlıyev Süleyman
  11. Xəlilov Qurban
  12. Xəlilova Şüküfə
  13. Yüsifzadə Ziya – Naxçıvan

 Azpost.info




Ana səhifəyə qayıt        Baxış: 89          Tarix: 9-11-2019, 20:09      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent