Xəbər lenti

Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən İctimai Birliyin sədri Aqil Ələsgər yarışın əhəmiyyətindən danışıb. Bildirib ki, yarışda Türkiyədə təhsil alan xarici və yerli tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti, dövlət siyasəti, iqtisadiyyatına dair bilikləri yoxlanılır.

Tədbirin əsas məqsədinin türkiyəli və xarici tələbələrə Azərbaycanı doğru şəkildə tanıtmaq olduğunu deyən A.Ələsgər yarışın gənclərin intellektual oyunlara marağını artırmaq baxımından da əhəmiyyətini vurğulayıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Gənclər Fonduna minnətdarlığını bildirib.

Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov təmsil etdiyi qurumun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışıb. O, Azərbaycanda dövlət gənclər siyasətinin uğurla reallaşmasında fondun mühüm rol oynadığını qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Xəyyam Daşdəmirov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay ölkələrimiz arasında qardaşlıq əlaqələrinin tarixi köklərindən danışıblar.

Bildirilib ki, bu cür tədbirlər Azərbaycan ilə Türkiyə arasında strateji ortaqlıq və qardaşlıq münasibətlərinin tarixinin öyrənilməsinə müsbət təsir göstərir. Natiqlər tədbirin Dövlət Bayrağı Günü ərəfəsində keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

İki gün davam edəcək bilik yarışında xarici və yerli tələbələrdən ibarət 30 komanda mübarizə aparır. Yarışın qalibləri (5 nəfər) Azərbaycana səyahət imkanı əldə edəcəklər. \\İnterpress.az 

İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR

Ana səhifəyə qayıt        Baxış: 25          Tarix: 9-11-2019, 23:10      

Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent