Xəbər lenti

 

Rusiya Ermənistan ərazisində Pentaqonun pulu ilə yaradılan bioloji laboratoriyaların mövcudluğundan narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri ilə bağlı “Moskva-Baku” portalında dərc olunmuş məqalədə bildirilir.

Qeyd edilir ki, S.Lavrovun səfəri zamanı rusiyalı mütəxəssislərin Ermənistan bioloji laboratoriyalarına buraxılması ilə bağlı memorandum imzalanmayıb. Buna baxmayaraq, erməni jurnalistlər Rusiya diplomatik idarəsinin rəhbərindən birbaşa soruşublar: “Demək olar ki, bioloji laboratoriyalar məsələsi Ermənistan-Rusiya münasibətlərinin gündəliyindən problemli məsələ olaraq çıxarılıb?”. Lavrov isə kifayət qədər əsəbi şəkildə cavab verib ki, əvvəlcə memorandum imzalanmalı, sonra isə onu həyata keçirməyə başlamalıyıq.

“Hər hansı bir məsələni tamamilə aradan qaldırmaq mümkün deyil, o, bir növ razılaşma tələb etmək kimi deyil, həyata keçirilməsi tələb olunan razılaşma kimi qalır”, – deyə Lavrov qeyri-müəyyən cavab verib.

Məsələ ilə bağlı portala müsahibə verən politoloq Yevgeni Mixaylov deyib ki, o, Ermənistan ərazisində bioloji laboratoriyaların yerləşməsi məsələsini ciddi şəkildə araşdırır:

“Deyə bilərəm ki, onların təyinatı ilə bağlı çox böyük şübhələrim yaranıb. Onların bütün izahatları, o cümlədən bu biolaboratoriyaların guya xəstəliklərin qarşısını almaq üçün fəaliyyət göstərdiyi fikri az inandırıcıdır. Nə qədər qəribə olsa da, Ermənistanda olduğu sayda laboratoriyaya heç harda rast gəlmək mümkün deyil. Mənim məlumatıma görə onların sayı praktik olaraq 10-a yaxındır. Rusiya ilə Ermənistan arasında memorandumun imzalanmaması, eyni zamanda Ermənistan xarici işlər nazirinin İrəvanın ABŞ-a belə bir laboratoriya yaratdığına görə minnətdar olması barədə açıqlaması bir çox suallar doğurur. Ermənistan ABŞ-a təşəkkür edir. Sual: Nəyə görə? Çünki bəzən viruslar bu laboratoriyalardan çıxır və biz eşidirik ki, həmin Ermənistanda gözlənilmədən Sibir xorası və digər xəstəliklər baş qaldırır və sair. Bunun üçün ABŞ-a təşəkkür edirlər? Bütün bunlar hamısı, əlbəttə, kədərlidir”.

Y.Mixaylov qeyd edib ki, bir neçə il əvvəl rusiyalı alimlər bu biolaboratoriyaların şöbələrinə qismən buraxıldılar:

“Sonra dedilər ki, yox, biz bunu göstərməyəcəyik. Bu o deməkdir ki, Ermənistan laboratoriyalarında bioloji təhlükə metodları birmənalı şəkildə inkişaf etdirilir. Məndə olan məlumata görə, müəyyən konkret etnoslara təsir göstərən viruslar hazırlanır. Bu zaman Türkiyə, Şimali Qafqaz və Azərbaycan ərazisi nəzərdə tutulur. Mənim məlumatıma görə, bu ərazilər mümkün epidemioloji hücumların hədəfidir. Bu cür biolaboratoriyaların olması İrəvan üçün böyük namünasib vəziyyət yaradan məsələdir. Məhz buna görə də Ermənistan Rusiyanı bu laboratoriyalara buraxmır”.

Ekspert qeyd edib ki, amerikalılar bu gün Ermənistan rəhbərliyinə ciddi təsir göstərirlər:

“ABŞ-da Ermənistana sadəcə deyirlər ki, rusları bu laboratoriyalara buraxmaq olmaz. Memorandum rus mütəxəssislərinin laboratoriyaya girməsini nəzərdə tuturdu. Memorandum imzalanmaması Rusiyanın ora daxil ola bilməyəcəyi deməkdir”




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 13-11-2019, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma