Xəbər lenti

 

Hökumət benzin subsidiyalarına mübahisəli bahalaşma tətbiq etdikdən beş gün sonra da İranda təhlükəsizlik tədbirləri və internet qadağası davam edir. Çünki sərt iqtisadi planla bağlı narazılıqlar qısa müddətdə hökumət əleyhinə nümayişlərə, böyük etirazlarına səbəb olub.

Nümayişlərdə təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında gərgin qarşıdurmalar müşahidə edilib, hökumət binalarına od vurulub və ictimai əmlaka böyük ziyan dəyib.

Çoxsaylı xəbərdə bildirilir ki, təhlükəsizlik qüvvələri döyüş silahlarından atəş açıb, etirazçılar arasında ölənlər var. Hökumət hər hansı bir ölüm halı üçün məsuliyyəti rədd edərək, silahlı birləşmələrin bir neçə üzvünün öldüyünü söyləyib.

Noyabrın 19-na olan rəsmi məlumata görə, etiraz aksiyaları keçirilən 100 şəhərin əksəriyyətində gərginlik səngiyib və normal həyat bərpa olunub.

“Ali Rəhbərin xeyir-duası, təhlükəsizlik qüvvələrinin səyləri və insanların sayıqlığı sayəsində sakitlik ölkəyə qayıdıb və iğtişaşçıların çoxu müəyyən edilib”. Bunu məhkəmə hakimiyyəti nümayəndəsi Qulamhüseyn İsmaili bildirib. O, hər kəsi “zorakılığa can atan şəxslərdən kənar durmağa” çağırıb.

İranın sərt tənzimçilərini təmsil edən gündəlik ultrasonservativ “Kayhan” iddia edib ki, həbs olunan etirazçı liderlərin bir çoxu xarici dövlətlərin şiddətдə başladığı kampaniya ilə əlaqələrini boyunlarına alıblar. Qəzet “muzdlu başkəsənlərin asılaraq edam edilməklə” cəzalandırılmasını tələb edib.

İslahatçı təbliğat vasitələri də ictimai narazılıqlardan istifadə etmək istəyən “təxribatçılar”a şifahi hücum edərək rəsmi açıqlamanı dəstəkləyib.

Siyasi elitalar arasında etirazların yekdilliklə qınanmasına baxmayaraq, hökumətin benzin subsidiyalarına dəyişikliyinin tənqidi davam edir. Bir çox iqtisadçı bu planı ehtiyacı olanlara subsidiyaların ədalətli bölüşdürülməsi istiqamətində mühüm addım saysa da, hökumətin seçdiyi məqamın düzgün olmadığını vurğulayıb.

Son 2 ildə əksər iranlı ABŞ-ın iqtisadi sanksiyaları, milli valyutada nossivasiya və genişlənən dövlət korrupsiyası ucbatından alıcılıq qabiliyyətlərinin azaldığına şahiddir.

Bundan əlavə, hökumətin açıqlamadan əvvəl mümkün təpkiləri niyə nəzərə almadığı da sual doğurur.

Məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi bildirib ki, prezident Həsən Ruhaninin hökuməti əvvəlcədən ictimai fikri subsidiyalara dəyişiklik ehtiyacı olduğuna inandırmaq üçün səy göstərməli idi.

Halbuki Rəisi, Ruhani və parlament sədri Əli Laricani, Ali Rəhbər Ayətullah Əli Xamnəinin yaşıl işığından sonra bu qərarı təsdiqləyən şəxslər idi.

Ruhani noyabrın 17-də televiziya çıxışında planın mahiyyətini açıqlayıb, lakin ictimai qəzəbi yatırtmaq üçün cəhd göstərməyib. O, yeni benzin qiymətlərinə etiraz etmək üçün küçələrdə maşınlarının mühərriklərini söndürən vətəndaşları hədəfə alıb. Ruhani həmin etirazçılara hər yerdə “müşahidə kameraları” olduğunu xatırladıb. Bununla birlikdə o, dinc etiraz etmək hüququnu vurğulayıb.

İran Konstitusiyasının 27-ci maddəsi nümayişçilərin silah gəzdirməməsi şərti ilə etiraz etmək hüququna zəmanət verir. Keçən il Tehran Şəhər Şurasının üzvləri yekdilliklə izdihamın etiraz etmək üçün sərbəst toplaşa biləcəyi yerləri təyin etməyi planlaşdırıblar. Qanun layihəsi Daxili İşlər Nazirliyinin etirazına görə hələ də təsdiqini gözləyir.

Son etirazlardan sonra təyin olunmuş etiraz yerləri ətrafında mübahisə yenidən canlanıb. Etiraz üçün belə boşluqlar olmazsa, dinc nümayişləri radikallaşdırma riski daha yüksəkdir.

Ruhaninin hüquqi işlər üzrə müavini Laya Cüneydi deyib: “Zorakı hadisələrə şahid olmamaq üçün polisin təhlükəsizliyi təmin edəcəyi yerlər hökumət tərəfindən qurulmazsa, etiraz etmə hüququ tətbiq oluna bilməz”.

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 383          Tarix: 20-11-2019, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma