Xəbər lenti

Deyəsən, Qərbdə liberallar və mühafizəkarlar Rusiyanın beynəlxalq gücə çevrilməsi fikri ilə razılaşır. Elə Rusiyanın özündə də eskpertlər deyir ki, Qərb ölkənin təsirinə öyrəşsə, daha yaxşı olar.

“Aralarında küyçülüyə meylli olanların da olduğu bu cür fikirlər real faktların təzyiqinə tab gətirmir. Birincisi, Rusiyanın ÜDM-i İspaniyanınkından bir qədər çoxdur. Halbuki, İspaniyanın əhalisi Rusiya əhalisinin üçdə bir hissəsini təşkil edir. İkincisi, Rusiyanın hərbi büdcəsi Amerikanın bu sahəyə ayırdığı xərclərdən 10 dəfə, Çinin hərbi büdcəsindən 5 dəfə azdır”, – Racan Menon “Foreign Policy” qəzetində yazır.

Məqalə müəllifi hesab edir ki, Rusiyanın xarici siyasi uğurları şişirdilib: “Müqayisə üçün Suriyanı nəzərdən keçirək. İddialara əsasən, 2015-ci ildə Vladimir Putin prezident Barak Obamanın qətiyyətisizliyindən istifadə edərək Suriyaya hərbi müdaxilə edib. Bu da münaqişədə Rusiya liderini üstünlüklə təmin edib”.

“Əslində isə bu addımın Obama ilə əlaqəsi olmayıb. Suriya 1956-cı ildən Moskvanın strateji tərəfdaşıdır. Elə həmin il sovet silahı ölkəyə tədarük edilməyə, sovet hərbçiləri keçmiş Çexoslovakiya və Polşada suriyalı həmkarlarına, pilotlarına təlim keçməyə başlayıb. Suriya həmçinin həmin il Süveyş böhranının qızışdığı bir dövrdə İsrail və Türkiyəyə qarşı öz ərazisində sovet hərbi təyyarələrinin yerləşdirilməsi üçün SSRİ-ə müraciət edib”, – nəşr xatırladır.

Bütün bunları nəzərə alsaq, Putinin Suriyadakı qambiti ABŞ-ı “aldatmaq” istəyindən daha çox strateji investisiyalarını xilas etməyə oxşayır. Bəşər Əsəd diktaturasının devrilməsi ya xaosun davam etməsi, ya da rejimin ən güclü düşmənləri radikal islamçı qrupların qələbəsi ilə başa çatacaqdı.

Rusiyalı muzdlular Suriya uğrunda gedən döyüşlərdə döyüşüb həlak olsalar da, Əsədə qurudan əsas İran İslam İnqilabı Keşikçiləri Korpusu və “Hizbullah” dəstək göstərib.

“Qısacası, əslində Rusiya Suriyanı ələ keçirməyib. İstənilən halda ona çatacaq mükafat az olacaq”, – məqalədə deyilir.

Suriyanın bərpasına 250 milyard dollar lazımdır. Dünya Bankının məlumatına əsasən, lazım olan məbləğ Suriyanın 2010-cu ildə qeydə alınan ÜDM-dən 4 dəfə çoxdur. Rusiya bu cür xərcə gedə bilməz. Rusiyanın Suriyaya silah tədarükü məsələsində Əsədin Moskvaya olan borcunu ödəyib-ödəyə bilməyəcəyi bəlli deyil. Bir sözlə, Rusiyanın Yaxın Şərqdəki nailiyyətləri şişirdilib.

Əlbəttə, Moskva Liviya münaqişəsində aktiv iştirak edir. Lakin Tripoli hökuməti, iddialı general Xəlifə Həftər və çoxsaylı silahlı qruplaşmalar arasında parçalanan ölkədə müstəqil şəkildə nizam və daimi təsir zonası yaratmaq “Sizif əməyi”nə bərabər olacaq. Həftər nəinki Rusiyadan, eləcə də Misir və Səudiyyə Ərəbistanından yardım alır. Ona görə də bu rəqib ölkələr Liviya ərazisində böyük paya sahibdir.

Rusiya Federasiyası öz regionunda da böyük uğurlar əldə edə bilməyib. Rusiya 2014-cü ildə Krımı ilhaq edib, Şərqi Ukraynada müharibənin başlamasına səbəb olub. Bununla da Kiyevi özünə qatı düşmən edib.

Məqalədə deyilir ki, Ukrayna tərəfinin NATO-ya qoşulmaq arzuları dumanlı olaraq qalır. Bununla belə, Ukrayna rus təcavüzünə görə Qərbə loyallığını saxlayır. Üstəlik, Ukrayna millətçiliyi bir çox aspektə malik olsa da, antirusiya xarakteri daşımağa davam edir.

(xpressa.net)




Ana səhifəyə qayıt        Baxış: 305          Tarix: 21-11-2019, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma