Xəbər lenti

 

Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzov. Adı sıravi Azərbaycan oxucusuna yaxşı tanışdır. Bu gömrük generalı ilə bağlı ölkə mətbuatında daha nələr yazılmayıb, adı daha hansı qalmaqallarda hallanmayıb? Bahalı maşın kolleksiyalarından tutmuş, Tiflis kazinolarında milyonların uduzulmasına qədər çeşidli işləkləri olub qəhrəmanımızın. Adı elə qaranlıq əməliyyatlarda hallanıb ki, normalda adam vəzifəsilə çoxdan vidalaşmalıydı. Amma…

Amma davam edir “Vüsal Novruzov əfsanəsi”, həm də daha kəskin, daha ciddi.

Vüsal Novruzov Dövlət Gömrük Komitəsində hesaba alınacaq ciddi fiqurlardandır. Əldə etdiyi kapital ona siyasi iddialar da verib.

Nia.az xəbər verir ki,Azərbaycan iqtisadiyyatında məmur hegemonluğu, biznes sahələrinin oliqarxların monopoliyasında saxlanması haqda mediada dəfələrlə yazılıb. Bu monopoliyanın keşikçisi rolunda isə gömrük və vergi sistemi çıxış edir. Bu sırada sözügedən dövlət qurumlarının təmsilçilərinin qanunsuz fəaliiyəəti xüsusilə diqqət çəkir. Redaksiyamıza Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı yeni məlumatlar daxil olub. Qeyd edək ki, biz, daha əvvələr də V.Novruzovun fəaliyyəti ilə bağlı dəfələrlə yazmışıq. Bu yazı da həmin mövzuların davamı kimi qəbul edilə bilər.

Araşdırmalara görə, uzun müddətdir gömrük sistemində milyonların içində oynayan sözügedən şəxsin nəzarətindəki monopoliyaların da sayı çox imiş. Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Vüsal Novruzovun nəzarətində mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş «Aqroazerinvest» şirkəti, habelə daha bir neçə iri biznes sahələri var. Bununla bağlı Nia.az-a daxil olan məlumata görə, Vüsal Novruzovun nəzarətində daha bir monopoliya da varmış. Və hər nə qədər qəribə olsa da, bu dekorativ ağac biznesini əhatə edir. Baş verənlərlə bağlı Nia.az -ı məlumatlandıran mənbə bildirir ki, son illərin ən populyar bizneslərindən biri olan dekorativ ağac alveri tikilən parkları və ayrı-ayrı fərdlərin həyətlərini əhatə edir. Belə ki, bu ağacları ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi şəxslərin ödədiyi məbləğlərlə əldə etmək mümkündür. Təkcə Palma ağacının şitilinin 400 dollar olduğunu nəzərə alsaq, bir parkda yüz minlərlə manat pulun necə silindiyinə şahidlik edə bilərik. Təbii ki, büdcədən pulları əldə etmək üçün optimal yol kimi düşünülmüş bu biznes növü Vüsal Novruzovun işinə çox yarayır. İddialara görə, hər il bu biznes növündən Bakı Gömrüyünün rəisi milyonlarla manat gəlir əldə edir.

Daxil olan məlumatlarda o da deyilir ki, Vüsal Novruzovun idxal-ixrac əməliyyatlarında bütün təşəbbüsləri ələ alması heç də dövlətə yardımçı olmaq deyil. Əksinə, onun daha çox pul qazanmaq həvəsindən irəli gəlir. Bəzi iddialara görə, Novruzov bəzi zərərli işlərə də qoşulub. Elə buna görədir ki, onu mütəmadi olaraq Gürcüstanda görürlər. Onun Tiflisdəki məşhur kozinolarda peyda olmasının isə heç də ucuza başa gəlmədiyi söylənilir.

Onu da bildirək ki, verilən məlumatlar bununla bitmir. Vüsal Novruzovunun “Mərmər” əməliyyatı və Tiflis məcaraları ilə bağlı yaxın günlərdə çox maraqlı məlumatları oxucuların diqqətinə çatdıracağıq.




Ana səhifəyə qayıt        Baxış: 1 511          Tarix: 28-08-2017, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma