Xəbər lenti

 

Bu gün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə Cahangir Hacıyevin şikayətinə baxılıb.

Sabiq bankirin vəkili Fəxrəddin Meydiyevin Ovqat.com-a verdiyi məlumata görə, məhkəmədə şikayətçi tərəfin   öhdəliyin icrası haqqında iddia ərizəsinə baxılıb: “Ərizədə  Cəzaların İcrası Məcəlləsinin 65-ci maddəsi əsas götürülərək, Cahangir Hacıyevin ailəsinin yaşadığı ünvana yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsi tələb olunurdu”.

Qeyd edək ki, həmin maddədə deyilir:

“65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər...”

Vəkilin bildirdiyinə görə, müvəkkilinin səhhəti də iddia ərizəsi ilə çıxış etmələrinin əsas səbəblərindən olub: Bilirsiniz ki, Cahangir Hacıyev Haşimoto sindromundan əziyyət çəkir və bu olduqca ağır xəstəlik sayılır. Onun saxlanıldığı 13-cü cəzaçəkmə müəssisəsinin vəziyyəti isə bu xəstəliyi daha da şiddətləndirir. Müvəkkilimin sağlamlığının son zamanlar pisləşməsi, dəfələrlə burun qanaması və özündəgetmə hallarıyla qarşılaşması da bunun əlamətidir. Biz məhkəmənin bütün bu halları nəzərə alıb C. Hacıyevin saxlandığı yerin dəyişdirilməsini tələb edirik”.

F. Mehdiyevin bildirdiyinə görə, bu gün məhkəmənin hazırlıq iclası başlamışdı və prosesdə Penitensiar Xidmətin nümayəndəsi də iştirak edirdi. “Lakin həmin nümayəndə çıxışa hazır olmadığını bildirdiyinə görə, hakim məhkəməni gələn ayın 19-u, saat 10.00-a qədər prosesi təxirə saldı”.

Maraqlıdır ki, Penitensiar Xidmətin nümayəndəsi məhkəmədən sonra Cahangir Hacıyevin digər vəkili Aqil Layıcovla söhbətində 13-cü cəzaçəkmə müəssisəsi haqqında xeyli şikayətlər aldıqlarını da etiraf edərək bildirib: “Bəyəm, həmin müəssisə haqqında yalnız siz şikayət edirsiniz?”

Aqil Layıcovun həmsöhbətinə cavabı isə xeyli düşündürücü olub: “Belə çıxır ki, qanun pozuntuları haqqında geniş məlumatınız olduğu halda, tədbir görməməklə özünüz buna şərait yaradırsınız”.




Ana səhifəyə qayıt        Baxış: 921          Tarix: 6-09-2017, 12:15      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent