Xəbər lenti

 

Bakı şəhəri, Xətai rayonu, 287 saylı “Zəkalar” liseyinin bir qrup müəllimi çalışdıqları məktəbin  direktorunun  əməlləri ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına,  Azərbaycan RespublikasıTəhsil Nazirliyinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Narazı müəllimlər həmin şikayətin bir nüsxəsini də ictimailəşdirilməsi xahişi ilə Azinforum.az İnformasiya Portalına ünvanlayıblar.
Şikayət məktubuna imza atan müəllimlər:  Hüseynov Pərviz, Quliyev Ramil, Rəsulova Zəminə, Məmmədova Sahibə  qeyd ediblər ki, Xətai rayonunda yerləşən 287 saylı “Zəkalar” litseyində 20 ilə yaxındır ki, fiziki-tərbiyə müəllimi vəzifəsində çalışırlar: “Bu müddətdə liseyin fiziki-tərbiyə dərsləri qanuna müvafiq şəkildə 2 qrupa bölünürdü. Hər birimizə bölünmüş dərs saatları bizim maddi təminatımızı ödəyirdi. 2016-2017-ci tədris ilində məktəbin direktoru Əhmədli Aygün Əkbər qızı hər birimizə 28 saat dərs yükü bölərək, bunun  müqabilində 4 saat dərsin pulunu bizdən tələb edərək, geri alırdı. Aramızda ailə başçısı, məcburi köçkün olduğu üçün, biz məcburən həmin 4 saat dərsin pulunu Aygün Əhmədliyə ödəyirdik. Dəfələrlə biz ona maddi vəziyyətimizin çətin olduğunu bildirib, həmin pulu bizdən almaması üçün xahiş etsək də, bizi təhqir edərək “cibgir və simic” sözlərini demiş , həmin pulun bizə aid olmadığını bildirmişdir. Biz bu barədə yenə ona iradlarımızı bildirmişik, o bizə “kimə deyirsiz deyin,mən heç kimdən qorxmuram” deyərək hədə-qorxu gəlirdi. Və bizi işdən çıxaracağı ilə hədələyirdi. Sonra bildirirdiki, gələn 2017-2018-ci tədris ilində bizə dərs saatı verilməyəcək və  bunla da başımıza oyun açacaq.
Biz müəllimlər onun bizdən tələb etdiyi məbləği aşağıdakı şəkildə ödəyirdik:  
1.Quliyev Ramil Qənbər oğlu - hər ay 28 saat dərs yükü üçün 100 AZN;
2.Hüseynov Pərviz Müzakir oğlu - 28 saat dərs yükü üçün 68 AZN;
3.Rəsulova Zəminə Əfsər qızın - 28 saat dərs yükü üçün 64 AZN, əlavə gənc idmançılar dərnəyini ona həvalə edildiyi üçün, hər ay 80 AZN;
4.Məmmədova Sahibə Mustafa qızı - hər ay 68 azn alırdı və sonradan imtina etdiyi üçün, onun  əməkhaqqı kartı tələb edilib.
Nəhayət, məzuniyyətdən qayıtdıqdan , direktor  bizi aldadaraq 14 sentyabr 2017-ci ilə kimi əvvəlki qaydada sinifləri bölməyinə söz versə də,  sözünə əməl etmədi.
Belə çıxır ki, cənab Prezident İlham Əliyevin və mərhum Ulu Öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi qayğını və diqqəti məktəbin direktoru Əhmədli Aygün önəmsiz hesab edir.
Sizdən xahiş edirik, yuxarıda göstərilənlərə əsasən, bizim aramızda  ailə başçısı,məcburi köçkün və maddi vəziyyəti çətin olan şəxslərin mövcudluğunu nəzərə alıb,hər birimiz üçün ayrılmış dərs yükünün özümüzə qaytarılmasına köməklik edəsiniz və 287 saylı “Zəkalar” liseyində baş vermiş qanunsuzluğun və rüşvət hallarının qarşısının alınması üçün, qanuna müvafiq tədbir görəsiniz.
İmza:

1.Quliyev Ramil Qənbər oğlu
2.Hüseynov Pərviz Müzakir oğlu
3.Rəsulova Zəminə Əfsər qızı
4.Məmmədova Sahibə Mustafa qızı”.

 Azinforum.az olaraq, qarşı tərəf kimi məktəbin direktoru ilə əlaqə saxlamaq istədik, ancaq səylərimiz səmərə vermədi. Barəsində ittihamlar səslənən Əhmədli Aygün xanımın da fikirlərinə yer verməyə hazırıq.

Çinarə SEYİDOVA
Azinforum.az




Ana səhifəyə qayıt        Baxış: 1 434          Tarix: 22-09-2017, 01:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma