Xəbər lenti

 Oktyabrın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Paxita” üçpərdəli baleti nümayiş etdiriləcək.

 Kulis.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Andresin partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək.

 “Paxita” baleti ilk dəfə 1846-cı ildə Parisdə səhnəyə qoyulub. Mariya Teatrında nümayiş etdiriləcək baletin əsasını Eduard Deldevezin musiqisi, habelə Lüdviq Minkus və Rikardo Driqonun əsərlərindən fraqmentlər təşkil edir. Səhnə əsərinin Mariya Teatrında premyerası 2017-ci il martın 30-da olub.

 T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.




Ana səhifəyə qayıt        Baxış: 1 365          Tarix: 28-09-2017, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma