Xəbər lenti

 

Beynəlxalq Muğam Mərkəzində oktyabrın 16-sı Bakıda keçirilən İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək.

Ovqat.com-un məlumatına görə, tədbir İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlaxlq Muğam Mərkəzinin dəstəyi ilə keçiriləcək.

İtalyan dili həftəsi - bu bir beynəlxalq layihədir və italyan dilinin təbliğatına xidmət 
edir. Hər ilin oktyabr ayının üçüncü həftəsi İtaliyanın Xarici işlər nazirliyi bu layihəni bütün dünyada təşkil edir. Həftə ərzində konfranslar, sərgilər, konsertlər, görüşlər keçirilir.

Bu il 16-23 oktyabr tarixlərini əhatə edən İtaliya dili həftəsinin movzusu İtaliya Kinomatoqrafiyasıdır.

Beynəlxalq Muğam Mərkəzində italiyan dili həftəsinin açılış konsertində məşhur italyan 
filmlərində istifadə edilən və italyan bəstəkarlarının filmlər üçün bəstələdikləri sevilən musiqilər piano, simli kvartet, əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədovun (truba) ifasında səslənəcək. 

Gecənin xüsusi qonağı məhşur italyan rejissoru və ssenarist Françesko Brunidir.

Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından, Asan xidmət mərkəzlərinin 
kassalarından və onlayn olaraq iticket.az saytından əldə etmək mümkündür.\Milli.Az\




Ana səhifəyə qayıt        Baxış: 1 064          Tarix: 4-10-2017, 19:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma