Xəbər lenti

 Kinorejissor Vaqif Mustafayev Çin, Rusiya və Azərbaycanın müştərək istehsalı olacaq yeni kinolayihəsinə başlayacaq.

 Bu barədə oktyabrın 11-də “Azərbaycan” kinoteatrında keçirilən tədbirdə məlumat verilib.

 Tədbirdə Rusiya, Çin və Azərbaycan arasında imzalanan memoranduma əsasən üç ölkənin nümayəndələri müştərək olaraq rejissor Vaqif Mustafayevin ssenarisi əsasında film çəkəcək. Film “Kambey” adlandırılacaq.

 Sözügedən tədbirdə Çin-Azərbaycan arasındakı mədəni əlaqələrindəki xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub.

 Həmçiniin rejissor Honq-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.

 Ukrayna KİV İşçiləri Assosiasiyası Bolqarıstan, Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən olan həmkarlarının təkliflərini nəzərə alaraq, Vaqif Mustafayev beynəlxalq əməkdaşlığın inkişafında, kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərinə görə, “Soqlasiya” Qızıl Ordeni ilə, Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə isə Beynəlxalq Ali Qızıl Orden  mükafatlandırılıb.




Ana səhifəyə qayıt        Baxış: 970          Tarix: 12-10-2017, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma