Xəbər lenti

 

Noyabrın 17-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Azərbaycanım” adlı rəsm sərgisi açılacaq. Milli QHT Forumunun və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunacaq sərgi 17 noyabr - Milli Dirçəliş Gününə həsr ediləcək.

Bu barədə sərginin təşkilatçısı Aygün İsgəndərova məlumat verib. Elnurə İsgəndərovanın layihə rəhbəri olduğu sərgidə 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunacaq.
Ziyarətçilər ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ tətbiqi sənət ustalarının əsərləri ilə tanış olacaqlar.\\azertag.az




Ana səhifəyə qayıt        Baxış: 1 251          Tarix: 13-11-2017, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma