Xəbər lenti

 

Uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan L.Minkusun "Don Kixot" baleti noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaqdır. Baletsevərlərin çox böyük maraqla qarşıladıqları bu tamaşada əsas rolları ifa etmək üçün belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunmuşlar. 

Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solistləri olan hər iki gənc balet ulduzlarının bir sıra beynəlxalq müsabiqələrinin laureatlarıdır. Xüsusən Aleksandra Çijik bir çox ölkələrdə populyar olub Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya. Böyük Britaniya, ABŞ, Çin, Yaponiya, Meksika, Qvatemala, Yunanıstan və Kiprdə uğurla çıxış etmişdir. 

Tamaşada həmçinin balet truppamızın solistlərindən Əməkdar artistlər Makar Ferştandt və Samir Səmədov, habelə Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və b. çıxış edəcəklər.

Balet tamaşasınının dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub  Quliyevdir.         




Ana səhifəyə qayıt        Baxış: 706          Tarix: 14-11-2017, 19:26      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent