Xəbər lenti

 Amerikanın "Forbes" jurnalı ilin ən çox qazanan qadın müğənnilərinin reytinqini tərtib edib.

 Lent.az-ın “report”a istinadən xəbərinə görə, siyahıya Beyons başçılıq edib. 36 yaşlı amerikalı ulduz il ərzində 105 milyon dollar qazana bilib. O, bu qazancı "Lemonade" adlı son albomunun satışından və konsert turundan əldə edib. Beyonsun həmçinin öz geyim biznesi də var.

 Ötən il növbəti dünya turunu başa vuran 29 yaşlı britaniyalı müğənni Adel isə 69 milyon dollar qazanaraq reytinqdə ikinci olub. 2016-ci ildə siyahıya liderlik edən Teylor Svift 44 mln. dollarlıq qazanc ilə bu dəfə üçüncü pilləyə düşüb.




Ana səhifəyə qayıt        Baxış: 827          Tarix: 21-11-2017, 08:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma